Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 19:12

'Bahar xanım elə şey deməz...'


"Qənaət olunan büdcə". Karikatura. Gündüz Ağayev

Dekabrın 6-dan Milli Məclis 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlayır. Müzakirələr üç gün davam etməlidir.

AzadlıqRadiosu büdcə layihəsi haqda millət vəkillərinin fikirlərini öyrənməyə çalışıb. Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli mediada “fikirləri təhrif olunduğundan” bu haqda danışmaqdan imtina edib. Bir çoxları zənglərə cavab verməyib və ya “büdcə üzərində işlədiklərindən” danışmaq istəməyiblər.

Ancaq iki millət vəkilinin fikrini öyrənmək mümkün olub.

Buna da bax:​ Hadı Rəcəbli: ‘Müavinətlərin artırılması təklifi populizmdir’

“Bu, qənaət büdcəsidir”

Hakim partiyanın üzvü, deputat Hikmət Məmmədov AzadlıqRadiosu-na gələn ilin büdcəsi haqda bunları deyib:

Deputat Hikmət Məmmədov
Deputat Hikmət Məmmədov

– 2017-ci ilin büdcəsi, əsasən, sosialyönümlü büdcə kimi tərtib olunub. Əhalinin aztəminatlı təbəqəsinin iqtisadi maraqlarının qorunmasına yönləndirilib. 2017-ci ildə heç bir sosial və strateji layihənin icrası dayandırılmayacaq. Bütövlükdə büdcə punktual büdcədir, gəlir mənbələri çox dəqiq göstərilib, istiqamətlər və xərclər çox aydındır. Növbəti ilin büdcəsini yüksək qiymətləndirirəm. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu, qənaət büdcəsidir, beynəlxalq iqtisadi münasibətlər sistemində baş verən proseslər Azərbaycanın iqtisadiyyatına, bank-maliyyə sisteminə də təsir göstərir. Yəni bu mövcud iqtisadi və maliyyə reallıqları nəzərə alınmaqla tərtib edilmiş qənaət büdcəsidir.

Buna da bax: Hadı Rəcəbli: 'Bircə kəlmə deyirəm, yalandır!'

– Hikmət müəllim, siz bunun sosialyönümlü büdcə olduğunu da söylədiniz. Bu büdcə gələn il maaşların, təqaüd və müavinətlərin artırılmasına imkan verəcəkmi?

– Bu məsələ, hələlik, hökumətin gündəmində deyil, hələlik, müzakirə edilmir. İqtisadi reallıqları nəzərə alaraq, gələn ilin büdcəsinə “qənaət büdcəsi” dedim. Amma beynəlxalq iqtisadi proseslərdə yeni tendensiya nəzərə alınarsa, o cümlədən büdcə proqnozlarında artma olarsa, o zaman hər bir şey mümkündür. Bu məsələ də nəzərdən keçirilə bilər.

– Dediniz ki, büdcədə gəlir mənbələri dəqiq göstərilib. Gələn il Azərbaycanın gəlir mənbələri nələrdir? Ağırlıq yenə neft sektoruna düşür, yoxsa qeyri-neft sektorundan da gəlir gözlənir?

– Bu məsələ təqdim edilən büdcə layihəsində var. Əzbər yadımda deyil, konkret mənbələrin hamısını bir-bir sadalayım.

Buna da bax:​ B.Muradova:"Problemlər dinlənilməlidir"

– Milli Məclisin vitse-spikeri Bahar Muradovanın büdcə müzakirələri zamanı “hər kəs ayağını yorğanına görə uzatmalıdır” xəbərdarlığı sosial şəbəkələrdə və mediada tənqidlə rastlaşıb. Onun sözlərinə görə, “neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin”. Vitse-spikerin fikirlərini bölüşürsünüzmü?

– (Bir qədər susduqdan sonra) Mən hörmətli həmkarımın fikrini şərh etmirəm. Yaxşı olar ki, bunu özündən soruşasınız. Bütövlükdə isə 2017-ci ilin büdcəsi qənaət büdcəsidir və görünür, bunu bildirməkdən ötrü həmin ifadə işlədilib.

– Dövlət başçısı dəfələrlə bildirib ki, ölkədə yoxsulluq ləğv edilib, amma Bahar Muradova əhalini yoxsul yaşamağa öyrəşməyə, ayağını yorğanına görə uzatmağa dəvət edir. Siz bu ziddiyyəti necə izah edirsiniz?

– Bunu Bahar xanımdan soruşun. Mən bilmirəm necə deyib...

Buna da bax: Büdcə layihəsi komitələrdən keçdi

“Heç vaxt heç kim deyə bilməz ki, yoxsul yaşamağa öyrənməlisiz”

Deputat Nizami Cəfərov
Deputat Nizami Cəfərov

Başqa bir deputat Nizami Cəfərovsa əmindir ki, vitse-spikerin fikri kontekstdən çıxarılıb:

– Bahar xanım belə söz deyə bilməz. Görünür, o fikir kontekstdən çıxarılıb. Heç vaxt heç kim deyə bilməz ki, “yoxsul yaşamağa öyrənməlisiz”. Qənaətcilliyə öyrənmək söhbəti ola bilər. Yoxsa... Mən Bahar xanıma dəfələrlə qulaq asmışam, heç vaxt belə söz deyə bilməz.

Buna da bax:​ 'Yanacaq, su və çörək bahalaşacaqmı?'

– Amma vitse-spiker, hələlik, təkzib verməyib.

– Yəqin, onun fikirləri kontekstdən çıxarılıb. Başqaları elə məna çıxarıb. Bahar xanım elə şey deməz. O “qənaətə öyrənmək lazımdır” mənasında söyləyib.

– Nizami müəllim, gələn ilin Azərbaycan üçün sınaq ili olacağını, ağır keçəcəyini deyirlər. Siz nə düşünürsüz bu haqda? Ölkə əhalisi “ayağını yorğanına görə uzadaraq yaşamağa öyrənməlidirmi”?

– Gələn il Azərbaycandan ötrü ağır olmayacaq. Ona görə ki, yetərincə potensial və inkişaf var. Yəni burda ağırlıqdan söhbət gedə bilməz. Dünyanın özündə gedən proseslərin təsiri var. Ancaq “ötən ildəkindən gələn il ağır olacaq” fikri düzgün deyil. Ölkədə ciddi iqtisadi-sosial siyasət yürüdülür. Bütün gözlənilə biləcək təhlükələrin qarşısı da maksimum alınacaq.

Buna da bax:​ 'Hətta mobil xidmətlər də bahalaşacaq'

– Ölkədə elektrikin, qazın qiyməti bahalanır, eyni zamanda, ərzaq bahalanır, işsizlərin sayının artacağı gözlənilir və bütün bunlar baş verərkən hər şeyin yaxşı olacağını demək mümkündürmü?

– Ölkənin nə potensialı, nə imkanı varsa, vətəndaşa sərf olunur.

XS
SM
MD
LG