Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:16

Özbək əsilli Rusiya milyarderinin bir videomüraciəti barədə


Özbək əsilli Rusiya oliqarxı Alisher Usmanov. 5 aprel, 2017
Özbək əsilli Rusiya oliqarxı Alisher Usmanov. 5 aprel, 2017

Uzun müddət Rusiya rəsmiləri Aleksei Navalny-nın adını birbaşa çəkməməyə çalışıblar. Onun barəsində danışsalar belə, çox zaman cəm halında ifadələrdən istifadə edirlər: "bir sıra şəxslər", "müxtəlif fəallar", "bəzi yoldaşlar" və s. Onun fondunun apardığı araşdırmaları da bir qayda olaraq, "sifarişli" adlandırırlar. Bu haqda “Currenttime.tv” yazır.

Buna da bax:​ Oliqarx Usmanov VKontakte saytını bütünlüklə aldı

BAŞLANĞIC

Politoloq Yekaterina Shulman hesab edir ki, milyarder Alisher Usmanov-un iki gün öncə yayılmış 12 dəqiqəlik videomüraciəti müxalifətlə dialoqun yeni mərhələsindən xəbər verir:

"Bu, haqqında çox tez-tez danışdığımız yeni mərhələnin başlanğıcıdır. Görürsünüz bizim artıq bugünümüz olan informasiya gələcəyimiz necə gözəldir? Birincisi, burada hamımız bərabərik, ikincisi, hamımızı bərabərləşdirən mühit şəbəkə mühitidir. Əslində, həqiqətən də, YouTube Ostankinoya qalib gəlib. Artıq bütün informasiya hadisələri məhz orada baş verir. Bundan başqa, bu ümumi şəffaflıq elə adamları cavab verməyə vadar edir ki, biz onlardan bunu gözləmirik. ...Usmanov kimi adamlar əvvəllər ya ümumiyyətlə ictimaiyyət arasında görünmürdülər, ya da yalnız mərasimləşdirilmiş kontekstdə görünürdülər".

Buna da bax:​ Navalny əməliyyatdan sonra Rusiyaya dönüb

FSB-nin prinsipcə qapalı sistem olduğunu deyən politoloq hətta onun da bu şəffaflıq dalğası qarşısında tab gətirməyəcəyinə əmindir. "Bu, bizi sevindirməyə bilməz", - o deyir.

Onun sözlərinə görə, bir tərəfdən Usmanovun çıxışının ssenariləşdirildiyi, əvvəlcədən hazırlandığı görünür, digər tərəfdənsə, bu qədər uzun müddət danışan insan "istər-istəməz özündən danışacaq, öz hisslərini ifadə edəcək, kobud desək, proses gedişində qızışacaq. Nə qədər olmasa, bu, kağızdan mətn oxumaq deyil".

“SİYASİ KOMPONENT YOXDUR”

Shulman hesab edir ki, Alisher Usmanovun nitqində heç bir siyasi komponent hiss olunmur.

"Videonun əvvəlində deyilir ki, "sən öz yalanın və iftiranla piar effekti yaratmağa çalışırsan və bu, səndə yaxşı alınır". Yəni o, burada özünü siyasi xadim kimi göstərmir və siyasi iddialarda ittiham olunmur. O deyir ki, sən mənim haqqımda yalan danışırsan, çünki mənə həsəd aparırsan. Sənin pulun azdır, mənim pulum çoxdur, mən bu pula özümə böyük qayıq və təyyarə almışam və çox xoşbəxtəm.

Buna da bax:​ ‘Putinin davakar təlxəkləri’

...Düşünürəm ki, burada daha çox onun fərdi xüsusiyyətlərini görmək olar. Bilirsiniz, hər bir insan öz informasiya qovuğunda yaşayır. Sizin üçün aydın görünən şeyləri qonşunuz görməyə bilər. Sadəcə, ona vacib, prinsipial olan şeylər maraqlıdır. Anladığım qədər onu bu addımı atmağa vadar edən pulu müftə qazanması ilə bağlı ittihamlardır. O deyir ki, yox, müftə qazanmamışam, birincisi 6 il heç nəyə görə həbsə yatmışam, ikincisi də çox işləmişəm, xeyir gətirmişəm, iş yerləri yaratmışam və s. Heç nə özbaşına olmayıb".

“BANDİT İNTONASİYASI”

Shulman Alisher Usmanov-un bu çıxışı heç kimlə razılaşdırmadığını istisna etmir.

Buna da bax:​ 'Özbək mafiyasının bossu' vəzifə başına gətirildi

"Bilirsiniz, şübhələnirəm ki, hakimiyyətin konstruksiyasının sıxlığını və sabitliyini həddindən çox şişirdirik. Bildiyim qədər, bəzi hallarda hətta Dövlət Duması sədrinin xəbəri olmadan layihələri gündəliyə salırlar", – o deyir.

Politoloqun sözlərinə görə, Usmanovun müraciətində sezilən spesifik tonu “bandit intonasiyası” adlandırmamaq çətindir. "Təhlükə hansısa konkret sözlərdə yox, nitqin özünün ahəngindədir. Bundan sonra adamda xoşagəlməz hiss qalır. Bu, elə bir adamdır ki, ondan qorxmaq olar. Ancaq sözün düzü, indi bizim "çeçen tərzi" adlandırdığımız tərzdə, yəni "üzr istə, yoxsa..." tərzində birbaşa hədə eşitmədim", - politoloq Yekaterina Shulman deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG