Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:25

Yolları qazılan, kanalizasiyasız qalan ‘Şərqin qapısı’-Astara


Azərbaycan, Astarada artezian quyusu, 28 aprel 2018
Azərbaycan, Astarada artezian quyusu, 28 aprel 2018

İranla sərhəddə yerləşən Astara şəhərində 20 minə yaxın əhali yaşayır. Lakin şəhərin nə kanalizasiyası nə də keyfiyyətli içməli suyu var.

On ildən çoxdur ki, Astara şəhərində içməli su və kanalizasiya xəttinin çəkilməsi barədə söhbətlər gəzir.
Mütəxəssis Asən Həşimli-nin dediynə görə, kanalizasiya və içməli su həmişə problem olub:

“Dəniz kənarında 3 çirkab təmizləyən qurğu var idi. Dəniz qalxdı qurğular su altında qaldı. Xətlər də məhv oldu. İndi şəhərin kanalizasiyası yoxdur.”

Yarımçıq qalan işlər...

Onun sözlərinə görə, şəhərə içməli suyun çəklişi də geçikdirilir:

“Sovet dövründə içməli su dağ ətəyində yerləşən Alaşa kəndindən Qapıçıməhəllə kəndinə, ordan da şəhərə gəlirdi. İndi də bu su öz axarı ilə gəlir. Su nə həyətyanı yaşayış evlərinə, nə də çoxmərtəbəli yaşayış binalarına gedir. Suyun tərkibi əladır. Ərp bağlamır, çöküntü yoxdur. O dövrdə bu suyun gətirilməsi üçün ikinci xəttin çəkilişində iştirak etmişəm. Su xətti indi yararsız hala düşüb. Arada 210 metr su borusunu dəyişdilər. Sonra elə də qaldı. Dedilər ki, bu su şəhər əhalisinə bəs etmir. Astara şəhərinə içməli suyun çəkilişi 2007-ci ildə başa çatmalı idi. 2006-cı ildə dağda, şəhərdən 48 kilometr uzaqda olan Sım kəndində su xəttin çəkilişinə başladılar. 3 ədəd su anbarı inşa etdilər, 3-4 kilometr su xətti də çəkdilər. Sonra dayandırdılar. Oraya boşuna pul xərcləndi. Dedilər ki, bu su da şəhərin tələbatını ödəyə bilməz. İndi içməli suyu Lənkəranın Xanbulançay su anbarından çəkirlər. Əslində əhali özünü su ilə təmin edib.Hər kəsin həyətində artezan quyusu var.Amma bu su texniki sudur.”

Astara şəhərinə içməli suyun çəklişi “Azərbyacan regionlarının 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”na da salınıb.

Rayon icra hakimiyyətinin sayıtında bildirilir ki, Astara şəhərinə çəkilən içməli su xətti layihəsi çərcivəsində 2 ədəd 5000 kubmetr su anbarının tikinti işləri başa çatdırlıb.​

“Layihə üzrə ümumi uzunluğu 28678 metr olan 710 mm su boru xəttinin, 15753 metr tikinti quraşdırma işləri, 10 ədəd hava klapanı, boşaltma kamerası və kənd çıxışları üçün qurğuların tikinti işləri başa çatıb”, saytda yazılır.

Astara şəhərinə içəmli su xəttinin çəklişinə yenidən ötən ilin mart ayında start verilib. İşlər hələ başa çatmayıb.

Qazılan, dağılan yollar...

Su xətti çəkilərkən şəhərin küçələri korlanıb.Şəhər sakini Həsənağa Məmmədov deyir ki, asfalt yolları yenidən qurmağa tələsmirlər:

“Şəhərin bütün küçələrini qazıblar. Su xəttlərni örtəndən sonra yollarda çalalar əmələ gəlib. Narahatıq.Yolların bərbad olması qəza vəziyyəti yaradır.Havalar günəşli olanda toz-torpaq qalxır, yağışda isə palçıq olur.Astara şəhəri “şərqin qapısı”dır. Burdan qonuşu ölkələrin yüzlərlə maşını, adamı keçir. Qonşu ölkələrdən qonaqlar gəlir. Biyabırçılıqdır. Başa düşürük. Su çəkirlər. Artıq su xətləri çəkilib.Yolları asfaltlaşdırmaq isə qalıb. Bunu kim etməlidir?”

“Yağış yağanda uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər”

Taksi sürücüsü Hümmət Məmmədov narazılığını belə ifadə edir:

“Astara şəhərin N.Nərimanov küçəsində yaşayıram. Həm asfalt yollar həm də şəhərin ara yolları bərbad haldadır. İnanın ki, ara yollarında vəziyyət çox pisdir, bu da üstünə gəldi.Yağış yağanda uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər. Yollar pis olanda nəqillyat vasitəsi də bərbad hala düşür.”

Başqa bir taksi sürcüsü Akif İbrahimov isə bunları deyir:


“Tikirlər sonra dağıdırlar, dağıdırlar sonra tikirlər. Baş açmaq olmur. Şəhərin əsas küçələrində elə yerlər var ki, yağış yağanda keçilməz olub.Yolların dağıdılması nəticəsində qəzalar baş verir.Gecə vaxtı maşın hərəkət edərkən yolda qum təpəsinə dəyib. Sürücü ağır xəsarət alıb...”

Rəsmilər nə deyir?

Şəhərin Səməd Vurğun, M.Cəbiyev, “Azərbycan”, Nizami küçələrində iri çalalar var. Maşınlar dövrə vurub keçirlər.

Astara şəhər icra nümyəndəliyindən bildiriblər ki, dağılmış yolların asfaltlaşdırılması yaxın günlərdə başlanacaq. Nümyəndəlikdən onu da vurğulayıblar ki, layihəyə əsasən su boruları basdırldıqdan sonra dağıdılmış yollar dərhal asfaltlaşdırlmalıdır.

Su xəttin çəklişinə sifarişçi “Azərsu” Açıq Səhimdar Cəmiyyəti (ASC) , podratçı isə “Kaspi-Yıldız” adlı şirkətdir.

“Azərsu” ASC-nin mətbuat xidməti sualları podratçı təşkilat olan “Kaspi –Yıldız”a ünvanlamağı məsləhət gördü. ”Kaspi-Yıldız”ın layihə kardinatoru Cümşüd Əsədullayaev də yolların tezliklə asfaltlaşdırılacağını deyir:

”90 klometrdən çox su xətti çəkilib.İndi su xəttlərini test edirk.Testdən sonra asfalt döşənəcək.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG