Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:22

Özünüzdən sonra suyu çəkirsinizmi?


Bakıda tualet
Bakıda tualet

Bu ilin mayında Beyləqan rayonundakı 1 və 4 saylı məktəblərdə tualetlərin “açılış mərasimi” yeri media və sosial şəbəkələrdə gen-bol dartışılmağa başlanmışdı.

Tualet üstündəki dartışmalar həmin açılışda yeri icra başçısının iştirakından və bu “sanitariya qovşaqlarının” inşasına 90 min dollar xərclənməsindən qaynaqlanmışdı. Sosial şəbəkə istifadəçiləri rayona gələn adamların “abırlı” ictimai tualet tapmadığı halda iki məktəbini sanitar qovşağına minlərlə dollar vəsaitin sərf olunmasına görə yerli icra qurumunu tənqid atəşinə tutmuşdular.

Buna da bax:​ 80 ailəyə üç hamam, iki tualet…

Azərbaycan yollarında tualetlərdən biri
Azərbaycan yollarında tualetlərdən biri

Çirkli, milçəkli, üfunətli...

Son vaxtlar Bakıda ictimai ayaqyolu problemi az-çox çözülsə də, bir çox rayonda tualetlərin durumu problem olaraq qalır. Bölgələrə aparan yollarda, rayonların özündə, özəlliklə bəzi kafe və restoranlarda təmizlik tələblərini ödəyən ictimai tualetlər tikilsə də, çirkli, milçəkli, üfunət qoxulu ayaqyolular heç də az deyil. Belə tualetlərə elə Bakıdan çıxınca, rast gəlmək olur...

...Qaradağ rayonundakı Buta qəsəbəsində, yaxınlığında 13 və 14 saylı cəzaçəkmə yerlərinin yerləşdiyi ayaqyolu çirkab yuvasıdır. Burdan daha çox məhbus yaxınları və taksi sürücüləri yararlanırlar. Bu ayaqyolunun sınıq-salxaq qapısından geri dönənlər də az deyil.

Buna da bax: “İydən evdə otura bilmirik”

Adamlar: 'Tualetlərdən həmişə iy gəlir, adamın burnu tutulur...'
Gözlə

No media source currently available

0:00 0:00:18 0:00
Direct-ə keçid

Ölkənin şimal və cənub rayonlarına gedən yollardakı tualetlər də natəmizlikdən öz nəsibini alıb. Bu tualetlərdən istifadə edənlər oradan narazı, üzünü turşutmuş halda çıxırlar:

– İçəri təmizlənmir, adamın üst-başı da bulaşa bilər.

– Həmişə iy gəlir, adamın burnu tutulur!..

– Axtarırsan, tualet yoxdur, tapanda belə çıxır....

Hacıqabul yolunda tualetlər az-çox baxımlı olsa da, çirkab, milçək, burdakı ayaqyollarından da yan ötməyib. Cənub rayonlarına gedənlər də yolüstü tualetlərin tavanının damdığını görəcəklər.

Buna da bax:​ 'Bu binada yuxarıda biri ayaqyoluna gedəndə...'

Azərbaycan yollarında tualetlərdən biri
Azərbaycan yollarında tualetlərdən biri

Kim nəzarət etməlidir?

Tualetlərin durumuna kim göz qoymalıdır? Sahibkarlar, bələdiyyələr, ya yerli icra qurumları? Turistlərin çox gəlib-getdiyi Qəbələ, İsmayıllı, Şəki və daha bir neçə rayonun icra hakimiyyətinin təsərrüfat şöbələrində bu sualı cavablayan tapılmadı. İsmayıllı rayon İcra Hakimiyyətində dəstəyi qaldıran şəxssə “belə qeyri-ciddi mövzuya” toxunduğuna görə, AzadlıqRadiosu müxbirini mehriban-mehriban qınadı. Tualetlərin yerləşdiyi bölgələrdəki kafe və restoran rəhbərləri, adi işçilər də bu mövzuda danışmağı özlərinə yaraşdırmadılar. Bir neçə yerli bələdiyyədən də sualları cavablayan tapılmadı.

Vüqar Tofiqli: 'Tualet problemi 5 il öncəki kimi deyil...'
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

Bələdiyyələrin işini yaxından izləyən ekspert Vüqar Tofiqli deyir ki, bu problem 5 il öncəki kimi deyil və qanunvericilik bələdiyyələrə tualet tikməyi yasaqlamır:

“Məsələn, bu gün Bakıdan Gəncəyə, ya da Qazaxa gedəndə, 500 kilometrlik yolda sanitar qovşağı olmayan xidmət sahəsi yoxdur. Bu günlərdə Şəmkirdə bələdiyyə mərkəzinin açılışı keçirildi. Xidmət və müəyyən istehsal sahələri yaradılmışdı. Həmin müəssisələrin sanitar qovşaqları da vardı. Bələdiyyələr xidmət sahələri yaratsalar, orada sanitar qovşaqları da aça bilərlər”.

Buna da bax:​ Bakıda tualet üçün ticarət mərkəzinə gedirlər

Tualetdə elan: Suyu çəkin!!!

Kulturoloq Aydınxan Əbilov deyir ki, Azərbaycanda hamam mədəniyyəti üstün olsa da, ayaqyolu mövzusu həmişə arxa planda qalıb və bu mövzuda danışmaq çox vaxt ayıb sayılıb:

Aydınxan Əbilov: ''...Sonra suyu çəkin' kimi elan yapışdırılırsa, bu bizim tualetə olan münasibətimizdir'
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00
Direct-ə keçid

“Kənd və rayon mərkəzlərindəki, hətta standartlara uyğun ticarət mərkəzlərindəki ayaqyollarında natəmizlik var. Yüksək səviyyəli restoranlarda, alış-veriş yerlərində “tualetdən istifadə edəndən sonra suyu çəkin” məzmunlu elan yapışdırılırsa, bu, bizim insanın tualetə münasibətinin göstəricisidir. Ən yaxşı yerlərin tualetləri də tezliklə sıradan çıxır, natəmiz və üfunətli olur. Əvvəllər bölgələrə gedən yollarda tualetlər az idi. İndi çoxalıb. Ancaq yenə də ictimai ayaqyolu və kanalizasiya sistemi ürəkaçan deyil. Çox yerlərdə heç ümumi kanalizasiya xətləri də yoxdur”.

Azərbaycan yollarında tualetlərdən biri
Azərbaycan yollarında tualetlərdən biri

Həkim infeksionist Mehdi Mehdiyev deyir ki, çirkli tualetlər qurd xəstəliklərindən tutmuş, müxtəlif bağırsaq infeksiyalarına, hətta vəbaya yol açır. Ona görə də belə yerlər kimyəvi maddələrlə təmizlənməli, orda çalışan adamların sağlamlıq dərəcəsi vaxtlı-vaxtında yoxlanmalıdır.

Buna da bax:

23 ildir tualetsiz və hamamsız
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG