-
Bu ilin ilk 3 ayında ölkədə 419 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 453 nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə qəzaların sayı 20.8 faiz azalıb. Ölənlərin sayında da 80 nəfər və ya 35.9 faiz azalma var.
Bu müddət ərzində Bakı şəhərində 147 yol-nəqliyyat hadisəsi törədilib. 31 nəfər ölüb, 160 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə Bakıda da həm yol-nəqliyyat hadisələrinin, həm də ölənlərin və xəsarət alanların sayında azalma olduğu qeyd edilir.