Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:59

'Həkimlər bir əməliyyata 8-9 min manat tələb edirlər'- Mətbuat İcmalı


Həkim

Ölkədə regional inkişaf, ölkədə səhiyyəyənin vəziyyəti, bahalaşmada xarici və daxili amilllər bu gün (23 sentybar, 2017-ci il) medianın aparıcı mövzularındandır…

Qiymət artımında xarici və daxili amillər...

“Banker.az” saytında “14 % inflyasiya yüksəkdir…” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, pulun alıcılıq qabiliyyətini istehlak qiymətlərinin indeksi müəyyən edir. Qiymətlər yüksəlirsə manatın reallıqda dəyəri aşağı düşür.

Yazıda bildirilir ki, manatın dollara nisbətdəsabit qalmasının bir çox səbəbləri var.

Müəllif son dönəmlər neftin bahalşmasını və qeyri neft sektorunda ixracın az da olsa artmasını belə amillər sırasına daxil edir.

Ancaq yazıda vurğulanır ki, bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır:

“Nəzərə alsaq ki, bu, Azərbaycanda məhz valyuta gəlirlərinin azaldığı bir dövrə, yəni qeyri-neft sektorunun, hələ yenicə inkişaf etmək istədiyi bir dövrə təsadüf edir. Odur ki, böyük çətinliklər yaradır”.

İnflyasiya (cədvəl)
İnflyasiya (cədvəl)

​Müəllif Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2017-ci ilin 8 ayında orta illik inflyasiya 14 faiz təşkil edib.

Müəllifə görə, dövriyyədə nağd manat kütləsinin qıt olduğu bir vaxtda, ölkədə sərt pul-kredit siyasəti həyata keçirildiyi bir dönəmdəbu həddə inflyasiyayüksəkdir.

Yazıda bildirilir ki, qiymətlərin artmasının bir sıra daxili səbəbləri də var.

Müllif hesab edir ki, qiymət yüksəlişinin əsas səbəblərindən biri, ölkəyə turist axını və idxalın azalmasıdır.Üstəlik, yerli istehsalda da ciddi şəkildə irəlləyiş yoxdur.

“ Əgər, yerli səhiyyə belə yaxşıdırsa,...”

“Novoye Vremya” qəzetində “Həyata ümidi puç etməyin” sərlövəli yazı diqqəti cəlb edir.

Yazıda bir çox insanların, hələ də müayinə və müalicə məqsədi ilə xaricə üz tutmalarının səbəbləri təhlil edilir .

Bosniya və Hersoqovina, cərrahiyyə əməliyyatı, illustration
Bosniya və Hersoqovina, cərrahiyyə əməliyyatı, illustration

Müəllif Səhiyyə Nazirliyinin xaricdə müalicə komissiyasının üzvü, baş cərrah Hacıqulu Bağırovdan sitat gətirir.Yazıda qeyd edildiyinə görə, baş cərrah bildirib ki, ölkədə bütün cərrahiyyə əməliyyatları keçirildiyindən xəstələrin rəsmi qaydada xaricə göndərilməsi dayandırılıb.

Yazıda iddia edilir ki, 2016-cı ildə yüz minlərlə vətəndaş tibbi müalicə almaq məqsədi ilə İrana gedib.

Müəllifə görə, rəqəmin həddən çox yüksək olması vətəndaşların ölkənin səhiyyə sisteminə inamsızlıqdan irəli gəlir.

Yazıda H.Bağırovun dilə gətirdiyi rəqəmlərə də toxunulur.Baş cərrah deyib ki, ölkədə səhiyyənin səviyyəsiyüksəkdir. İldə 250616 cərrahi əməliyyat keçirilib, bu zaman cəmi 419 xəstə vəfat edib. Baş cərrah vurğulayıb ki, bu göstəricilər bir çox ölkələrə nümunə ola bilər.

Ancaq müəllif bu rəqəmlərə şübhə ilə yanaşır.Üstəlik, o vurğulayıb ki, dövlət xəstaxanalarında belə əməliyyatlar pulsuz aparılmır:

“Onlar neçəyə başa gəlir, sual budur. Məsələn aorta koronar şuntlama ürəklə bağlı ən geniş yayılmış əməliyyatdır və buna 8-9 min manat tələb edilir. Bunu havayı etmək mümkündürmü, yox. Bəzən dövlət hesabına xaricə gedəndə bu mümkün idi. Ona görə də xəstələrin əlindən sonuncu həyat ümidini almaq nəyə lazımdır”.

Yazıda bildirilirki, əvvəllər vətəndaşlar əməliyyat olunmaqdan ötrü banklardan kredit götürə bilirdilər. İndi bu da çətinləşib.

Müəllif Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınınbaş həkimi Rauf Nağıyevdən də sitat gətirir. Baş həkimbu yaxın aylarda müsahibələrinin birində deyib ki, Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən geri qalmır.

Buna cavab olaraq müəllif sual edir:
“ Əgər, yerli səhiyyə belə yaxşıdırsa, o zaman yüksəkrütbəli məmurlar və qohumları niyə müalicə üçün xaricə gedirlər?”

Regional inkişaf nümunəsi

“Azərbaycan” qəzetində “Regional inkişafın mükəmməl nümunəsi” sərlövhəliyazıda ölkənin

bölgələrində infrastruktur layihələrinin icrası dəyərləndirilir.

Müəllif yazır ki, ölkədə davamlı inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının mühüm rolu olub.

Yazıda dahs sonra prezident İlham Əliyevin 2014-cü il fevralın 27-də imzaladığı“ Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” dəyərləndirilir.

Müəllif hesab edir ki, bu 2004-cü ildə başlanmış prosesin tərkib hissəsidir. Artıq, üçüncü dövlət proqramı başa çatmaq üzrədir.

Prezident İlham Əliyev, Ağsu rayonunda yeni müəssisənin təməlini qoyur, 29 oktyabr 2009
Prezident İlham Əliyev, Ağsu rayonunda yeni müəssisənin təməlini qoyur, 29 oktyabr 2009

Yazıda vurğulanır ki, görülən işlərin nəticəsidir ki, 150 min hektardan artıq torpaq əkin dövriyyəsinə cəlb olunub.Suvarma suyu və elektrik təminatı layihələrə 250 milyon manat vəsait xərclənib:

“Sənaye parklarnın, aqroparkların yaradılması, inzibati prosedurların sadələşdirilməsi, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunması və sahibkarlığa verilən dəstək mühüm nəticələr verib”.

Müəllif qeyd edir ki, regionlarda 51 logistik mərkəz, 23 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatı yaradılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG