Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:49

Azərbaycanda bir uşaq neçəyə başa gəlir?


Britaniya şahzadəsi William-ın qızı, London, 2 may 2015

Qarabağ cəbhəsində durum, daxili siyasətə baxış, ailədə uşağa sərf edilən xərclər, məmur yalançılığı bu günkü medianın aparıcı mövzusudur...

“Exo” qəzeti “Azərbaycanda uşaqlar anadan olandan 6 yaşına kimi “ neçə”yə başa gəlir” sərlövhəli məqalədə uşağa çəkilən xərclər araşdırılır.

Uşaqların doğulmasını hər bir insanın həyatında mühüm hadisə sayan müəllif 2015-ci ildə baş verən manatın iki devalvasiyadan sonra uşaq xərclərinin son iki ildə 2 dəfə artdığını bildirir.

Məqalədə deyilir ki, iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanda hələ də çoxuşaqlı ailələrə rast gəlmək olar. Amma müəllif burada başqa bir problem də görür:

“Belə təəssürat yaranır ki, dövlət əlindən gələni edir ki, onların sayı azalsın və belə bir durumda tezliklə azərbaycanlı ailəsində bir uşağın olması təmtəraq sayılacaq”.

Anadan olduqdan 6 yaşına qədər uşaqların xərcləri 2 dəfə artaraq 10 min manatdan 20 min manata yüksəlib. Bunu qəzetə ekspert Nəriman Ağayev bildirir.

“Bu məbləğə doğuş xərcləri, daha sonra uşağın sağlamlıq, qidalanma, geyim, xərcləri daxil edilib. Dayəyə, özəl bağçaya aid xərclər bura daxil deyil. Çünki, ölkə vətəndaşlarının çox az hissəsi bu xərcləri özünə rəva bilir”.

Ukraynada məktəbli forması, 31 avqust 2016
Ukraynada məktəbli forması, 31 avqust 2016

Ekspert deyir ki, bu rəqəm az xərclərlə 20 min manat təşkil edir.

Ekspertə görə, uşaq məktəbə getdikdə bu xərclər bir az da artır. Məktəbə gedən uşağın il ərzində xərcləri 1500-2000 manat həcmində olur.

Ekspert deyir ki, yuxarı siniflərə çatdıqca aylıq xərclər daha da artmağa başlayır, 9 aylıq xərclər 5000-5500 manat arasında olur.

Ekspert Seyfəl Əliyevə görə, uşağın həyatında elə dövrlər olur ki, valideynlər bütün gəlirlərini bu xərclərə yönəldir:

“Ən böyük maliyyə yükü uşaq yuxarı siniflərdə oxuduğu və ali məktəbə hazırlaşdığı dövrə təsadüf edir. Repetitorların qiymətləri 100 manatdan başlayır, bəziləri isə 200 manat tələb edir. Uşaq 5 fənn üzrə hazırlaşırsa bu il ərzində 500-1000 manat arasında vəsait deməkdir”.

S.Əliyev deyir ki, əvvəlki illərdə bəziləri məhz bu səbəb üzündən kredit götürürdülər. Elələri var ki, hələ də bu krediti ödəyə bilməyib, indi isə kredit götürmək faktiki mümkün deyil.

Sonu olmayan siyasət ...

“Azərbaycan” qəzeti “Azərbaycan Ordusu təcavüzkarın təxribatlarına layiqli cavab verir” sərlövhəli məqalədə Qarabağ cəbhəsindəki durumu dəyərləndirilir.

Məqalədə yazılır ki, son günlər Ermənistan ordusu cəbhədə durumu bilərəkdən gərginləşdirir. Amma bütün bunlara baxmayaraq Azərbaycan Ordusu qarşı tərəfin hücumlarına layiqli cavab verir.

Azərbaycan prezidenti İlham Əliyev hərbi hissələrdən birində, 26 iyun 2014
Azərbaycan prezidenti İlham Əliyev hərbi hissələrdən birində, 26 iyun 2014

Müəllifə görə, bu təxribatların səbəbləri var:

“Ermənistan hakimiyyəti silahlı birləşmələrin rəhbərliyinə “xüsusi” tapşırıq verib. Səbəb isə ölkədəki seçkiqabağı gərginliyi azaltmaqdır. Ermənistandakı seçki qrupları indki hakimiyyəti iqtidardan kənarlaşdırmaq istəyir, odur ki, S.Sarkisyan siyasətində yenilik yoxdur”.

Müəllif bu il martın 1-də və 2-də Azərbaycan ordusunun qarşı tərəfi həm canlı, həm də texniki itkiyə məruz qoyduğunu, aramsız hücum cəhdlərinə baxmayaraq cəbhənin heç bir istiqamətində irəliləməyə qoymadığını vurğulayır.

Yazı müəllifi deyir ki, ciddi itkilər olsa da Ermənistan rəhbərliyi cəmiyyəti qıcıqlandırmamaq üçün bu itkilər barədə danışmır. Amma bu itkilərin olması həqiqətdir.

Daxili siyasətin “acı meyvələri”

“Azadlıqinfo” saytı “Hökumətin “sabitlik nağılı” necə ifşa edilir?” sərlövhəli məqalədə ölkədə yürüdülən daxili siyasət tənqid edilir.

Müəllif hesab edir ki, hakimiyyətin yürütdüyü siyasət dövlət və xalq maraqlarına ziddir:

“Statistik rəqəmlər, üzləşdiyimiz reallıqlar bunu deməyə əsas verir ki, ölkə üçün ən böyük təhlükə hökumətin tutduğu siyasi xəttdir. Nə qədər gənclərə qayğıdan, ölkədəki sabitlikdən dəm vursalar da ölkənin dalana dirəndiyini özləri də etiraf edirlər. Məlum olur ki, nə gənclərə qayğı var, nə də ölkənin təhlükəsizliyi zəmanət altndadır”.

Dövlət Təhlükəsizlik Xidməti, 2013
Dövlət Təhlükəsizlik Xidməti, 2013

Yazıda deyilir ki, dini sahədə neqativ proseslər baş verir. Dövlət Təhlükəsizlik Xidmti əksəri gənclər olan 900 Azərabycan vətəndaşının İraq və Suriyada terrorçu təkilatlara qoşulduğunu bildirir.

Məqalədə deyilir ki, Azərbaycan kimi kiçik bir ölkədə min nəfərə yaxın gəncin terror təşkilatına qoşulmasın kökü yanlış idarəetmədən qaynaqlanır.

Məqalədə deyilir ki, iqtidarın bütün diqqətini söz azadlığını məhv etməyə, ölkə sərvətlərini talamağa, hüquqsuzluğu normaya çevirməsi, təhsilə, vətəndaşa qayğını unutması dini radikalizmi törədir:

“Ölkədə normal təhsil sistemi yoxdursa, işsizlik və yoxsulluq yüksək həddə çatırsa, o zaman gənclərin yad təsirlərə düşməsi ehtimalı da artır”.

Müəllifə görə, mötədil dindarlar, həqiqi ilahiyyatçılar şərlənərək həbs olunursa, terrorçu kimi təqdim edilirsə o zaman dini terror alətinə çevirənlərə geniş meydan açılır:

“Hökuməti maraqlandıran yalnız şəxsi maraqlarıdır, maddiyyatdır, kürsüdür. Eyn zamanda məlum olur ki, vətəndaş təhlükəsizlikdə deyil, sabitlik haqda deyilənlər nağıldır və ölkənin gələcəyi etibarsız əllərdədir. Bu qədər gəncin ölkədən qaçıb terrorçulara pənah aparması isə ölkəni bürüyən mənəvi terrorun nəticəsidir”.

Məmur yalanı və heykəl

“Novoye Vremya” qəzetində “Məmurlar bir-birini ittiham edir” sərlövhəli məqalə oxumaq olar.

Müəllif Mikayıl Müşfiqin abidəsinin bu günlərdə sökülməsi fonunda məmur yalanlarını müzakirəyə çıxarır.

Yazı müəllifi konkret ad çəkmədən bəzi məmur və deputatları yalanaçılıqda qınayır.

Məsələnin mahiyyəti budur ki, adı çəkilən abidə götürülməzdən bir həftə öncə “Azəravtoyol”dan Mədəniyyət və Turizm Nazirliyinə zəng olunur ki, heykəlin götürülməsi dövlət orqanları ilə razılaşdırılıb,yalnız naziriliyin razılığı qalıb.

Buna da bax: Müşfiqin büstünə görə, iş icraçısı cəzalandırıldı

Mikayıl Müşfiqin abidəsinin sökülməsi karikaturası, rəssam Gündüz Ağayev, 27 fevral 2017
Mikayıl Müşfiqin abidəsinin sökülməsi karikaturası, rəssam Gündüz Ağayev, 27 fevral 2017

Müəllif deyir ki, nazirlik buna razı olmadığını bildirir. Görüləcək işin layihəsini tələb edir və bundan sonra qərar veriləcəyini nəzərə çatdırır. Fevralın 27-si isə artıq heykəlin sökülməsi xəbəri yayılır.

Məqalədə vurğulanır ki, nazirliyin zənginə cavab verən “Azəravtoyol” məsələni Bakı Şəhər İcra hakimiyyətilə razışlaşdırıldığını, şəhər haimiyyəti isə nazirliyə belə bir söküntüyə razılıq vermədiyini bildirir.

Müəllif hesab edir ki, bu hadisə şəhər təsərrüfatında özbaşınalığın,yalanın baş alıb getməsinin təsdiqidir:

“Onlar üçün müqddəs heç nə yoxdur və hələ bundan sonra onlardan M.Müşfiqin heykəlinə hörmət də umuruq? Dəfələrlə demişik ki, məmurlar nə yerli, qanunvericiliyin, nə də ölkənin qoşulduğu beynəlxalq konvensiyaların müddəalarına əməl etmirlər. Nazirlər Kabineti 23 binanı tarixi abidə siyahısından çıxarır və beləliklə abidələr məhv edilir”.

Müəllifə görə, bu abidələr məmur hərisliyi və acgözlüyünün qurbanı olub. İndi də qurbanı olmaqda davam edir.

Məqalədə deyilir ki, yeni tikintilər isə şəhərin bütünlükdə arxtektura ansamblını pozur, nəyi harada gəldi tikirlər, bunun ümumi arxitektura ilə uyuşub-uyuşmadığı nəzərə alınmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG