Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:32

'Dollar azalmaqda, manat da ucuzlaşmaqda davam edəcək'


Manat və dollar
Manat və dollar

ABŞ və Rusiya hərbi liderləri görüşünün məhz Bakıda təşkili səbəbləri, ölkənin maliyyə durumu, rayonların özünümüliyyələşdirmə və xaricdə müalicə almaq problemləri bu günkü medianın aparıcı mövzusudur…

Müstəqil siyasətə hörmətin təsdiqi

“Azərbaycan” qəzeti “Bakı qlobal məsələlərin müzakirə edildiyi ideal məkana çevrilib” sərlövhəli məqalədə ABŞ və Rusiya hərbi liderlərinin Bakıda görüşünün təşkilini və bu fonda Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsini dəyərləndirir.

Məqalədə deyilir ki, Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə müstəqil xarici siyasət həyata keçirir:

“Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınır”.

ABŞ-ın keçmiş dövlət katibi John Kerry (sol) və Rusiyanın xarici işlər naziri Sergei Lavrov, Cenevrə, 9 sentyabr 2016
ABŞ-ın keçmiş dövlət katibi John Kerry (sol) və Rusiyanın xarici işlər naziri Sergei Lavrov, Cenevrə, 9 sentyabr 2016

Müəllifə görə, son illər mühüm beynəlxalq tədbirlərin, görüşlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi, eyni zamanda, qlobal əhəmiyyətli tədbirlərə ölkənin dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib.

Məqalədə vurğulanır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi missiyasını uğurla yerinə yetriməsi, Avropa enerji təhlküəsizliyini təmin edilməsində oynadığı rol da görüşün Bakıda təşklinə üstünlük verib:

“Azərbaycan bu gün beynəlxalq təhlükəsizliyə ciddi töhvələr verir, bütün bu reallıqlar iki supergüc dövlətin hərbi sahədə önəmli genreallarının Bakıda bir araya gəlməsini şərtləndirən əsas amillərədndir".

İqtisadiyyat bir orqanizm olaraq bir atımlıq həblə düzələn deyil...

“Azadlıq.info” saytı “Yaxın aylarda manatın dəyərdən düşməsi sürətlə gedəcək” sərlövhəli məqalədə ölkənin maliyyə bazarının perspektivini iqtisadçı-ekspert Məhəmməd Talıblı ilə müzakirə edir.

Ekspert bazarlarda qiymətlərin sabit qalmadığını, bunun tələb-təklif arasındakı nisbətdən asılı olduğunu deyir. M.Talıblıya görə, manatın dollar qarşısında nisbi dəyər qazanması müvəqqətidir:

“Dolların nisbi ucuzlaşmasına səbəb hərraca tələbi dəfələrlə üstələyən həcmdə dollar çıxarılması, 4%-lik marjanın götürülməsi, dövlət büdcəsinin xərclənməsilə bağlı hələlik ətalətin olmasıdır”.

Ekspert bütün bunların heç də manatın dəyərinin artacağı anlamına gəlmədiyini, yaxın aylarda manatın mərhələli şəkildə dəyərdən düşəcəyini bildirir.

Onun fikrincə, valyuta elə həddə ucuzlaşa bilər ki, sonradan bahalaşması ağlagəlməz olar və dünya təcrübəsində belə nümunələr var.

Ölkəyə xarici valyutanın neft satışı ilə daxil olduğunu xatırladan M.Talıblı deyir ki, neftin dəyərdən düşməsilə ölkəyə dollar axını da zəifləyib. Qeyri-neft sektorundan daxil olan az həcmlı valyuta ilə dollar tələbini ödəmək mümkün deyil.

Ekspertə görə, valyuta ehtiyatlarını dollar formasında ölkəyə gətirib bazarın tələbi üçün sərf etmək özü də perspektivsizdir:

Məhəmməd Talıblı, Bakı, 22 avqust 2012
Məhəmməd Talıblı, Bakı, 22 avqust 2012

“Ona görə, düşünürəm ki, hansı tədbirlərin görülməsindən asılı olmadan valyuta ehtiyatları “əriməyə” doğru gedəcək”.

M.Talıblı deyir ki, indiki böhran çağında dollara olan tələb hələ zəifdir. O hesab edir ki, işgüzar aktivlik artacağı halda dollar tələbini ödəmək çətin olacaq.

Ekspert islahatların tez bir zamanda nəticə verəcəyinə də nikbin yanaşmır:

“İslahatlar 3-5 ilə nəticə verəndə bu yaxşı göstərici sayılır. Çünki iqtisadiyyat bir orqanizm olaraq bir atımlıq həblə düzələn deyil, işlək mexanizmlər davamlı və düşünülmüş xarakterlı olmalıdır”.

M.Talıblıya görə, yumurta və çörəyin qiymətində bahalaşmanın olmamasını əsas götürərək bahalaşma olmayacağı haqda fikirlər də əsassızdır. Çünki, əsas mal və xidmətlərin qiymətlərində ucuzlaşma olmadığı üçün nikbinliyə də əsas yoxdur.

"Avroatlantik məkandan və beynəlxalq maliyyə qurumlarından ola biləcək dəstək zəifdir. Bunlar isə islahatları təhdid edən əsas amillərdir”.

Tez atılmış addım

“Exo” qəzeti “Azərbacanın rayonları inkişaf etmir, ancaq Bakıdan pay gözləyir” sərlövhəli məqalədə ölkə rayonlarının bir qisminin özünü maliyyələşdirmə sisteminə keçməsi məsələsini ekspertlərlə araşdırır.

“2017-ci ildə ölkənin 20-dən çox rayonu özünü maliyyələşdirmə sisteminə keçməlidir. Onlar özlərini təmin edə biləcəklərmi, bunu demək çətindir. Qlobal iqtisadi böhrana kimi Azərbycan regionlarının rifahı üçün kifayət qədər iri həcmdə vəsaitlər ayrılıb. Hökumət iqtisadi problemlərlə üz-üzə qaldıqda maliyyələşdrmə məbləği azaldı. Bu nəticəyə gəldi ki, ölkənin bir çox regionları özünü təmin etmək gücündədir”. Ekspert Fuad Əlizadə durumu belə şərh edir.

Azərbaycan, fermer Aöahüseyn Mahmudov, 28 iyul 2014
Azərbaycan, fermer Aöahüseyn Mahmudov, 28 iyul 2014

Ekspert deyir ki, ölkə sosial və maliyyə çətinliklərilə üzləşdikdə hakimiyyət nəhayət iqtisadiyyatın şaxələnməsi barədə ciddi şəkildə düşünməyə başladı.

F.Əlizadə hesab edir ki, dünya neft bazarında qiymətlərin qalxacağına ümid etmək mənasızdır.

Ekspertə görə, kənd təsərrüfatının bir çox sahələri üzrə istehsalın bərpası rayon büdcələrinə xeyli vəsait gətirə bilər. Həm də əhalinin məşğulluq səviyyəsini yüksəldər.

Ekspert Nəriman Ağayev xatırladır ki, Azərbaycanın heç də bütün şəhərləri Bakıdan maliyyləşmə gözləmədən öz hesabına yaşamaq gücündə deyil. Bu isə ilk növbədə sərhədyanı və dağlıq rayonlara aiddir: “Uzun illərdir ki, Maliyyə Nazirliyi ölkə regionlarının tam özünü maliyyələşdirməyə keçid prosesini sürətləndirməyə cəhd edir, amma hər dəfə də bu ideyadan imtina etməli olur”. Bundan irəli gələrək N.Ağayev dövlət büdcəsindn regionların xərcləri üşün ayrılan dotasiyanın azaldılması ilə bağlı qərarı qəribə və düşünülməmiş adlandırır.

Ekspert iqtisadi böhranın ölkə regionlarına da güclü zərbə vurduğunu, rayonların maliyyə durumunun heç də yaxşı olmadığını, buna görə də Azərbaycanın rayon və şəhərlərinin özünümaliyyələşdirməyə keçməsinin hələ çox tez olduğunu vurğulayır.

Xaricdə müalicə almaq mümkünsüzlüyü

“Bizimyol.info” saytında “Xaricdə müalicəyə rədd cavabı alıb ölümünü gözləyənlər…” sərlövhli məqalə oxumaq olar. Məqalədə ölkə vətəndaşlarının xaricdə müalicə almaq problemləri müzakirəyə çıxarılır.

Müəllif hesab edir ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstələrə acımasız münasibət var . Qəzet Səhiyyə Nazirliyi Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasına istinadən yazır:

“2016-cı ildə komissiyaya 1655 nəfər müraciət edib, yalnız 4 nəfər xəstəliyi ilə bağlı ölkədən kənar müalicəyə göndərilib. Qalan hallarda ölkədaxili müalicəyə cəlb edilib, 1264 nəfərin müalicəsi ölkə daxilində mümkün olduğu üçün onlar müxtəlif tibb müəssisələrində yerləşdirilib. 204 nəfər əlillik dərəcəsi olan şəxs (uşaqlar və yaşlılar) qrup şəklində kurs müalicəsi almaq üçün Türkiyəyə göndərilib”.

Göz əməliyyatı
Göz əməliyyatı

Yazıda 2016-cı ildə saytın elektron ünvanına və redaksiyaya xaricdə müalicə ilə bağlı köməklik istəyən onlarla insanın müraciət etdiyi deyilir. Müəllifə görə, xəstələr müalicələrinin ölkədə mümkünsüz olduğunu desələr də, komissiya onlara ancaq Azərbaycanda müalicə almağı tövsiyyə edib.

Məqalədə buna nümunə kimi Milli Elmlər Akademiyasının işçisi Ləman Həsənli göstərilir. Deyilir ki, onun 5 yaşlı qızı Mədinədə ikinci dərəcəli ürək çatışmazlığı yaranıb. Qızcığazın yaşaması üçün tibbi əməliyyatın ölkədə mümkün olmadığı barədə həkim rəyi var. Müəllif deyir ki, buna baxmayaraq, komissiya Mədinənin xaricdə əməliyyatına razılıq verməyib:

“8 yaşından sonra açıq ürək əməliyyatı edirlər, ancaq bu yaşa qədər qadağa qoyulur. Yalnız Almaniya və İsraildə ürəyi açmadan əməliyyat aparılır. Almaniyada həkimlər deyir ki, gəlin yoxlayaq, bəlkə bərpa etmək mümkün oldu. Əgər elə olsa, protez qoyulmayacaq bərpa edəcəklər. Bu ölkədə klapan dəyişilərsə 46 min avro, dəyişilməsə 27 min avro lazım olacaq”.

Müəllif deyir ki, L.Həsənli Mədinə ilə bağlı müxtəlif tibb müəssisələrində olub, danışılqar aparıb, amma müsbət nəticə əldə etməyib. Ona hökumətin bu qədər pulu vermək imkanı olmadığını söyləyiblər.

Məqalədə deyilir ki, xaricdə müalicə üçün minlərlə insan növbə gözləyir. Hamıya da imtina edilir, çoxlarının növbə gözləməyə ömürləri yetmir.

Tanınmış həkim Adil Qeybulla da bəzi xəstəliklərlə bağı əməliyyatların ölkədə aparılmadığını, xaricə çıxmağa ehtiyac olduğunu deyir. Onun fikrıncə, dövlət xəttilə xaricdə müalicəyə az adamın getməsinə səbəb indiki maliyyə çətinliyi, nazirliyə ayrlan maddi vəsaitin azlığı da ola bilər.

Müəllif yazır ki, Gənclər və İdman naziri Azad Rəhimov Bakıda bu il keçirilməli 4-cü İslam Oyunlarına maliyyə çatışmazlığı ilə bağlı gələ bilməyən ölkələrə dəstək təklif edib:

“Halbuki, bu gün sağlamlıq problemi olan minlərlə insan dövlətin dəstəyi ilə müalicə olunmağı gözləyir. Təəssüf ki, başqalarına yaxşı, özümüzə isə pis baxanlardanıq...”.

XS
SM
MD
LG