Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:23

'Təkcə onun istintaq idarəsində verilən işgəncələrdən 5 nəfər ölüb'


Ərəstun Oruclu, Bakı, 25 dekabr 2010
Ərəstun Oruclu, Bakı, 25 dekabr 2010

Bazar günü Azərbaycan mediası Eldar Mahmudovun işgəncə aparatından, indiyə qədər sökülən çoxsaylı heykəl və abidələrdən, İlham Əliyevin vitse-prezident təyinatından və s. digər məsələlərdən yazır.

Bunu "Yeni Müsavat" qəzetinə müsahibəsində hazırda Amerikada yaşayan politoloq Ərəstun Oruclu deyib.

Politoloq deyib ki, Eldar Mahmudov heç bir şəxsi ədavəti olmasa da, sabiq nazirin onunla problemi olub:

"Dəfələrlə məni həbs etmək, hətta öldürtmək istəyib. Görünür, adam həzm edə bilmirdi ki, kimsə sürəkli onun barəsində danışır, məlumat toplayır. Mən düşünürəm ki, Eldar Mahmudov Azərbaycanda minlərlə düşmən qazanmış biridir. O, bu gün çox rahat şəkildə danışır. Onun özü bir tərəfə, MTN-nin baş istintaq idarəsinin rəisi gəlib məhkəmədə meydan sulayır. O adam bəlkə 50 il müddətinə həbsdə yatmalı idi. Onun istintaq idarəsindəki işgəncələrdə təkcə 5 nəfərin ölməsi barədə mənim məlumatım var. Deməli, Mövlam Şıxəliyev kiməsə arxalanır ki, bu cür ürəkli danışır... Qaldı Eldar Mahmudova, o, Azərbaycandan başqa hamıya o qədər xidmət göstərib ki, indi hamı onu qorumaqda maraqlıdır. Ona görə yox ki, xüsusi dəyəri var. Sadəcə ondan təzyiq vasitəsi kimi istifadə edirlər. Hakimiyyət də onu tuta bilmədikcə gözdən düşür".

Müşfiqin taleyini yaşayan abidələr

"Bizim Yol" qəzeti bir neçə gün öncə Bakıda Mikayıl Müşfiqin abidəsinin dağıdılması haqda yazır. Qəzet sual edir: Bəs, İçərişəhərdə,Sovetskidə sökülən tarixi abidələrə niyə ictimai etiraz olmadı?

Əzizbəyovun heykəli, Bakı, 1976
Əzizbəyovun heykəli, Bakı, 1976

"Bizim Yol" yazır ki, Müşfiqin büstü Azərbaycanda dağıdılan yeganə abidə deyil.

"2009-cu ildə Əzizbəyov bağı adı ilə məşhur olan ərazidə Məşədi Əzizbəyovun heykəli götürülüb. 1969-cu ildən Dövlət tarix-memarlıq qoruğu elan edilmiş, UNESCO tərəfindən dünya mədəni irsi siyahısına salınmış “İçəri şəhər” qoruğunun tərkib hissəsi olan və 1900-cü ildə inşa edilmiş, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən bina, 1896-cı ildə inşa edilmiş, Neftçilər prospekti 79 ünvanlarında yerləşən binalar 2006-cı ildə sökülüb. Bu binalar 27 aprel 1988-ci il 145 №-li Nazirlər Kabinetinin qərarı ilə 384 və 385 №-lər altında dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələridir. 2015-ci ilin avqust ayında Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Bakıda olan yeganə büstü (Novxanıdakı abidə deyil) götürüldü. Rəsulzadənin Bakmil metrostansiyasının yanında, depo ərazisində mövcud olan büstü 1992-ci illərdə qoyulmuşdu. Bu addım qəbulolunmaz bir qərar olaraq dəyərləndirilsə də büstün geri qaytarılması barədə heç bir addım atılmadı. 2016-cı ildə "Sovetski" sökülən zaman oradakı abidələr də “Sovetski” ilə birgə tarixə gömüldü. Tarixi abidələr sırasına daxil olan, bir zamanlar Abbas Mirzə Şərifzadənin yaşadığı bina söküldü".

Hökumətin repressiya "standart"ı

"Azadlıq.info" saytı Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”qanunlara dəyişiklik layihələrinin müzakirəyə çıxarılmasına toxunur. Sayt yazır ki, paradoksal olsa da,ölkədə repressiya ənənəsi yaradanlar, repressiyaya məruz qalanların haqqını qaytarmağa çalışır.

"...İstənilən halda, tragikomik və ziddiyyətli mənzərə yaranıb. 70-80 il əvvəlin hüquqsuzluğuna qiymət verməyə girişiblər, amma 70-80 ildən sonra eyni hüquqsuzluğu təkrarlamaqla məşğuldular. Eyni zamanda aydın olur ki, hökumət ölkəni 70-80 il qabağa atmaq əvəzinə, əsrin gerisinə aparıb.

Müxalifətin mitinqi, Bakı, 17 aprel 2011
Müxalifətin mitinqi, Bakı, 17 aprel 2011

Əslində, ötən əsrin repressiya qurbanlarının hər birinə bəraət hökmü çıxarılanda Seymur Həzini, Fuad Qəhrəmanlını, Asif Yusiflini, Elvin Abdullayevi, Tale Bağırzadəni, Məmməd İbrahimi, İlqar Məmmədovu, Bayram Məmmədovu, Faiq Əmirlini, Fuad Əhmədlini və digərlərini xatırlamalıdılar. Onlar da bu dövrün, müstəqil Azərbaycanın repressiya qurbanlarıdır."

Dövlət idarəçiliyində modernləşmə daha da sürətlənir

"Azərbaycan" qəzeti yazır ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi İlham Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində atılan önəmli addımlardan biridir.

"Ölkə başçısının yeni institusional islahatlarının həyata keçirilməsində Mehriban xanım Əliyevanın da mühüm rolu olacaq".

Qəzet yazır ki, M. Əliyeva H.Əliyev Fondundakı fəaliyəti kimi birinci vitse-prezident postunda da səmərəli fəaliyyət göstərəcək:

Prezident İlham Əliyev öz həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident elan edir, Təhlükəsizlik Şurasının iclası 21 fevral 2017
Prezident İlham Əliyev öz həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident elan edir, Təhlükəsizlik Şurasının iclası 21 fevral 2017

"Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genefondun qorunması, saf dəyərlərin ictimai şüurda möhkəmlənməsidir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu mərhəmət və humanizm ruhunda köklənmiş nəcib addımlarını bu gün də inamla davam etdirir. Heydər Əliyev Fondu insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə öz töhfəsini verir. Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır. Tam əminliklə demək olar ki, Mehriban Əliyeva Birinci vitse-prezident postunda da səmərəli fəaliyyət göstərəcək".

XS
SM
MD
LG