Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:49

Artan inflyasiya- kəskin bahalaşma


Hökumətin iclası, 10 yanvar 2017
Hökumətin iclası, 10 yanvar 2017

Ordu və cəmiyyət münasibətləri, bahalanma, korrupsiyaya qarşı mübarizə yolları, istehlak sahəsindəki ağır durum bu günkü medianın aparıcı mövzusudur...

“Novaya Vremya” qəzeti “Qiymətlər “Avropada hamıdan qabaq” musiqisi altında rəqs edir” səlrövhəli məqalə oxumaq olar.

Müəllif deyir ki, Nazirlər Kabinetinin ilk vəzifəsi inflyasiyanı aşağı salmaq və istehlak bazarında qiymətlərin sabitləşdirilməsinə nail olmaq idi:

“Amma etiraf etmək lazımdır ki, hökumət fəaliyyətsizdir və bu sahədə situasiya pisləşməkdə davam edir”.

Məqalədə ekspertlərə istinadən keçən ilin əvvəlindən Azərbaycanın iri mağaza şəbəkələrində malların, ilk növbədə idxal mallarının qiymətinin 40-45% arasında bahalaşdığı vurğulanır.

Müəllif hesab edir ki, istənilən qiymət artımı pərakəndə ticarət müəssisəsi üçün ağrılı haldır, Bu artım satış və gəlirin azalmasına səbəb olur. Orta hesabla satış həcmi 2016-cı ildə 10-12% arasında azalıb.

Buna da bax: Ekspert: 'İxracatda bölgələrin payı heç 3 faizə çatmır'

Məqalədə deyilir ki, bahalaşma ilə bağlı əhali daha ucuz ərzaq və mal almağa başlayb.

Müəllif Avropa və Azərbaycan arasında paralellər apararaq ölkənin Avropanı inflyasiyada 10,8 dəfə, ərzaq bahalaşamasında 13,3 dəfə qabaqladığını bildirir. Əsas ərzaq malları üzrə bahalanmanın 30%, daha zəruri mallar üzrə isə 22-100% arasında olduğu vurğulanır.

Təkcə istehlak bazarında yox, bütünlükdə bahalaşma nəzərə alınmaqla demək olar ki, ölkədə inflyasiya 13%-ə yaxındır. Durumun yaxşılaşacağınasa hələ ki, əsas yoxdur:

“İnflyasiya ilə uğurlu mübarizə üçün bank sektoru da daxil olmaqla bütün iqtisadiyyatın sağlamlaşdırılması şərtdir, amma bank sektorunun indiki acınacaqlı vaxtında mantın məzənnnəsinin yüksəlməsi realdırmı?”.

Vətən sevgisi- Orduya məhəbbət qaynağı

“Azərbaycan” qəzeti “Ali Baş Komandanın qətiyyəti orduya inamı artırıb” sərlövhəli məqalədə ordu-xalq münasibətləri dəyərləndirilir.

Azərbaycan sülhməramlıları Əfqanıstana yola düşür, 11 yanvar 2017
Azərbaycan sülhməramlıları Əfqanıstana yola düşür, 11 yanvar 2017

Müəllif ordunun hamıya əziz olduğunu və bunun da Azərbaycan xalqının yurd sevgisindən qaynaqlandığını bildirir:

“Başqa sözlə, xalıqn orduya sevgisi torpağa, vətənə bağlılığından, dövlətimizə və dövlətçiliyimizə sədaqətindən, Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrin Baş Komandanı İlham Əliyevə dərin ehtirmından , böyük dəstəyindən qaynaqlanır”.

Yazıda orduya sevginin nümunəsi kimi 2016-cı ilin2-5 aprel döyüşləri zamnaı bütün xaqın ordu lə birgə “nəfəs alması”nı göstərilir.

Buna da bax: 'Çovdarovun Kürdəmir icra başçısına verdiyi sual'

Müəllif dövlət başçısı İlham Əliyevin azad edilən Cocuq Mərcanlı kəndinin abadlaşdırılması ilə bağlı sərəncamının xalq içində qarŞı tərəfin nəzarətində olan torpaqlara böyük qaydışın başlanğıcı kimi dəyərləndirirldiyini deyir.

Məqalədə deyilir ki, orduya könüllü yardım özü Silahlı Qüvvələrə xalq içində sevginin təsdiqidir və orduya yardım fondunda artıq 80 milyon manatdan artıq vəsait var.

Bahalanma çıxış yolu deyil

“Azadlıqinfo” saytı “Hökumətin pul-para üçün bahalaşmaya güc verməsi yanlışdır” sərlövhəli məqalədə iqtisadçı-ekspert Nemət Əliyevin düşüncələrinə yer verib.

Ekspert ölkənin tükənməkdə olan valyuta ehtiyatlarını artırmaq üçün hökumətin total bahlaşmaya getməsini pisləyir,çıxış yollarından birini göstərir.

Azərbaycan, yumurtanın qiyməti, 2015
Azərbaycan, yumurtanın qiyməti, 2015

N.Əliyev xatırladır ki, suyun, təbii qazın, elektrik enerjisinin, idxal olunan benzinin qiymətləri qaldırılıb. Ekspert deyir ki, son zamanlar çoxları yerli benzinin, dizelin, habelə digər neft məhsullarının qiymətlərinin bahalaşacağını əminliklə proqnozlaşdırırlar:

“Düz də edirlər. Çünki, hökumətin pul-para əldə etmək üçün hazırkı şəraitdə bahalaşmadan əsas vasitə kimi istifadə etməsinə artıq heç kəsdə şübhə qalmayıb”.

Ekspert vurğulayır ki, bu addım əvvəlki yanlış addımların davamı kimi növbəti böyük bahalaşmaya və böhranın daha da dərinləşməsinə səbəb olacaq. N.Əliyevə görə, pul-para əldə etmək istərkən hökumət hazırkı məhdud imkanları da itirəcək və sosial gərginlik daha da artacaq.

Buna da bax: Məhkəmə işlərinin 82 faizi kredit borclarına görədir

N.Əliyev çıxış yolu kimi ölkə daxilində neft məhsullarının qiymətlərinin endirilməsini və təbii qaz barədə də belə qərar verilməsini təklif edir. Ekspert hesab edir ki, neft məhsullarının ixracı üzərində tətbiq edilən qadağalar da aradan qaldırılmalıdır.

Korrupsiyann mənbəyi qeyri-şəffaflıq

“Exo” qəzeti “Azərbaycan iqtisadiyyatının “çirkli pullar” hesabına inkişaf etdiirlməsi” sərlövhəli məqalədə iqtisadi inkişafın yolları ekspertlərlə araşdırılır.

Müəllif deyir ki, müxtəlif ölkələrdə miqyasının fərlqi olmasına baxmayaraq , mahiyyəti etibarilə korrupsiya ölkənin imicinə ləkədir. Buna görə korrupsiyaya qarşı mübarizə bir çox ölkələr üçün prioritet olaraq qalmaqdadır.

“Azərbaycanın korrupsiyaya qarı mübarizədə nə qədər vəsait xərclədiyini döyləmək çətindir. Amma Azərbaycan anti-korrupsiya yolunu seçərsə xəzinəni elə dövlətə qaytarılan bu vəsaitlərlə də doldurmaq olar”.

Fotoilustrasiya, korrupsiya
Fotoilustrasiya, korrupsiya

Bunu qəzetə Korrupsiyaya qarşı mübarizə Fodnunun direktoru Vasif Mövsümov bildirir.

İqtisadçı-ekspert Oktay Haqverdiyev də ölkənin korrupsiyaya qarşı mübarizədə nə qədər vəsait xərclədiyini dəqiq söyləməyin mümkünsüz olduğunu deyir:

“Bununla xüsusi yaradılan qurumlar, o cümlədən Baş Prokurorluq yanında Korrupsiyaya qarçı mübarizə İdarəsi məşğul olurlar. Bu qurumlara da vəsaitlər ayrılır”.

Buna da bax: Heydər Əliyev: 'Nə qədər ki varam, nə metro, nə də çörək bahalaşacaq'​

Məsələnin mahiyyətinə toxunan ekspert burada rüşvət və korrupasiya hallarının fərqli əməllər olduğunu bildirir:

“Korrupsiya, bu dövlət vəsaitlərinin külli miqdarda oğurlanmasıdır. Məsələn, Azərbaycanda korrupsiyadan danışdıqda 14 km-lik aeroport yolunun çəkilişi göstərilir. Bu yolun çəkilişinə 80 milyon dollar xərclənib, halbuki ekspert hesablamalarına görə bunu 20-25 milyon dollara da etmək olardı”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG