Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 10:52

'Zimbabveyə gülmək yox, öz günümüzə ağlamağımız lazımdır'


AXCP sədri Əli Kərimli, 8 sentyabr 2012

Bazar günü yerli media nədən yazır?

"Azadlıq". info saytı AXCP sәdri Әli Kәrimlininsiyasi azadlıqlara görә Zimbabvenin Azәrbaycandan irәlidә olması fikirlərinə geniş yer ayırıb.

"İndi bizə Zimbabveyə gülmək yox, özümüzə ağlamaq lazımdır. Xirtdəyə qədər problem içində boğulan soydaşlarımızı bu dəfə 92 yaşlı Robert Mugabenin həyat yoldaşı bir az güldürüb. Xalqımıza Mugabenin həyat yoldaşının “o ölsə, meyitini prezident seçəcəyik” sözləri xüsusilə ləzzət edib. Bəzi dostlar da fikirləşir ki, necə olur, hətta meyitin də prezident seçilməsi haqqında təklif verilən bir ölkə siyasi azadlıqların səviyyəsinə görə dünyada 140-cı, biz isə 148-ci yerdəyik?"

Əli Kərimli bildirir ki, Zimbabve avtoritar üsullarla idarə olunan, həm də pis idarə olunan ölkə olsa da, hətta bu ölkədə də Azərbaycanla müqayisədə əməlli-başlı siyasi hüquqlar var:

"2008-ci ildə Zimbabve müxalifəti az qalmışdı ki, seçki yolu ilə Robert Mugabeni dəyişsin. 2008-ci ilin parlament seçkilərində müxalifət 210 yerlik parlamentdə 110 yer tutaraq qalib oldu, Mugabe tərəfdarları isə parlamentdə çoxluğu itirərək 99 yerlə kifayətlənməli oldular. 2008-ci ildə keçirilmiş prezident seçkilərində də müxalifətin namizədi Tsvangirai qələbəyə çox yaxın idi. Zimbabve Mərkəzi Seçki Komissiyası seçkilərin 1-ci turunda müxalifət liderinin 47.9%, Robert Mugabenin isə 43.2% səs topladığını və 2-cu turun olacağını açıqladı. Lakin müxalifət namizədi seçkiləri 1-ci turda udduğunu, 2-ci turun saxtalaşdırılacağını deyib, 2-ci tura qatılmadı. Robert Mugabe təbii ki, müxalifətin qatılmadığı 2-ci turun qalibi oldu. Sonra da uzunmüddətli müzakirələrin nәticәsində iqtidarla müxalifət hakimiyyət bölgüsü razılaşması əldə etdi. Parlamentə artıq nəzarət edən müxalifətin lideri baş nazir təyin olundu. 2013-cü ildə keçirilmiş sonuncu parlament və prezident seçkilərində müxalifətin mövqeyi bir az zəifləyib. Prezident seçkilərində Mugabe 61%-lə qalib gələrkən, onun əsas rəqibi Tsvangirai 35% səs alıb. Parlament seçkilərində isə müxalifət 30% səs alaraq, parlamentdə 70 yer qazanıb. Yaddaşımız üçün: 2013-cü ildə Azərbaycandakı prezident seçkilərində müxalifətin vahid namizədi, seçkilərin faktiki qalibi Cəmil Həsənliyə MSK cəmi 6% səs yazmışdı".

"İndi bildiniz ki, siyasi azadlıqların səviyyəsinə görə Zimbabve 140-cı yerdə olduğu halda niyə Azərbaycan 148-ci yerdədir? İndi əmin oldunuz ki, bizim Zimbaveyə və orada baş verənlərə gülməyə haqqımız yoxdur? İndi bizə Zimbabveyə gülmək yox, özümüzə ağlamaq lazımdır", deyə AXCP sədri bildirib.

Milli maraqlara cavab verən çevik və sistemli xarici siyasət

İlham Əliyev və Dünya İqtisadi Formun icraçı sədri Klaus Schwab, Davos,18 yanvar 2017
İlham Əliyev və Dünya İqtisadi Formun icraçı sədri Klaus Schwab, Davos,18 yanvar 2017

"Azərbaycan" qəzeti yazır ki, Azərbaycan sistemli xarici siyasət kursu həyata keçirir.

"Bunun tərkibində qlobal geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz üçün əlverişli şərait yaradan, ölkənin regionlarda yerləşən bütün dövlətlərlə əməkdaşlığını təmin edən istiqamətlər var. Bu istiqamətlər sistem halında Azərbaycanın daha güclü dövlətə çevrilməsinə xidmət edir. Bu gün Azərbaycanın xarici siyasət sahəsində ciddi uğurları göz qabağındadır".

Qəzet yazır ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasi və iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurub:

"Ötən il də ölkəmiz üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından kifayət qədər uğurlu oldu. Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirdi, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycanın xarici siyasət prioritetlərinin uğurla reallaşmasından ötrü prezident İlham Əliyev tərəfindən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafı əsas vəzifələrdən biri kimi müəyyən edilib. Bu baxımdan prezident İlham Əliyevin ötənilki xarici səfərləri Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqincə xidmət etdiyini göstərdi".

Azərbaycanda böyük hökumət dəyişikliyinə start verildimi

"Yeni Müsavat" qəzetində bu başlıq altında dərc olumuşməqalədə deyilir ki, böhran başlayandan indiyədək hamı hökumətdə ciddi struktur islahatlarının aparılacağını gözləyirdi.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov Bakıya gətirilən London taksiləri haqqında prezident İlham Əliyevə məlumat verir
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov Bakıya gətirilən London taksiləri haqqında prezident İlham Əliyevə məlumat verir

Müəllif yazır ki, keçmiş nəqliyat naziri Ziya Məmmədovun vəzifədən getməsini prezidentlə münasibətlərinin soyuması kimi yozmaq daha ehtimallıdır:

"Amma keçmiş nazirə simpatiyası olanlar hələ də təslim olmaq istəmirlər. Belə fikirlər səslənir ki, prezident keçmiş nazirə yeni vəzifə verəcək, hətta ola bilsin, onu vitse-prezident təyin edəcək. Təəssüf ki, bu ehtimallardan heç birinin üstündə dayana bilmirik. Hərçənd, təhlilçilər arasında Z.Məmmədovun siyasi karyerasına tamam son qoyulduğunu və onun da hakimiyətdaxili ziddiyyətlər müstəvisində, necə deyərlər, “yandığını” iddia edənlər də az deyil".

Məqalədə Z.Məmmədovun yeni ABŞ prezidenti D.Trumpa çıxışı olan yeganə hökumət üzvü olduğu da qeyd olunur:

"Amma bu siyasət deyilən sahə olduqca qəliz bir məsələdir. Böyük əlaqələr yüksəlişə təkan verdiyi kimi bir çox hallarda enişə də səbəb ola bilir, çünki hakimiyyətin qısqanclığı və şübhələri üçün də əsas verir".

Yazıda baş nazir Artur Rasizadənin istefa verib-verməyəcəyinə də toxunulur:

"O ki qaldı bir daha baş nazir A.Rasi-Zadənin mümkün istefasına və gələcək kabinet dəyişikliklərinə, yenə də deyirik ki, bütün hallarda bu da uzaq gələcəyin predmeti deyildir. Bir tərəfdən xeyli qocalmış Rasi-Zadənin vəzifədən getməsi, digər tərəfdən də ali icra hakimiyyətinin gec-tez Konstitusiyanın tələblərinə uyğunlaşdırılması elə bir tərəddüd doğurmur və böyük bir ehtimalla çox tez zamandabunlar baş verəcək".

İdxal olunan dərmanların statistikasında müəmma

Foto: arxiv, Aptek
Foto: arxiv, Aptek

"Bizim Yol" qəzeti yazır ki, ölkəyə 250 milyonluq dərman gətirilir, əhali 700 milyonluq dərman alır.

"Ölkədə dərman istifadəsi ilə bağlı maraqlı bir açıqlama verilib. Dərman monopolistlərindən olan “Avromed” şirkətinin təsisçisi, Milli Məclisin deputatı Cavanşir Feyziyev mətbuata açıqlamasında deyib ki, Azərbaycan vətəndaşları il ərzində dərmana 600-700 milyon manat pul xərcləyirlər. Bunu kənar bir adam deməyib, işin ta episentrində olan, dərmanın birbaşa idxalı və satışı ilə məşğul şirkətin sahibi söyləyib. Həm də 2015-ci ildə. Dollar-manat “mübarizəsi”nin dərin olmadığı dövrdə. İldə dərmana 700 milyon xərclənirsə, onda belə çıxır ki, idxal rəqəmləri reallığı əks etdirmir. Bu, o deməkdir ki, idxal olunan dərmanların yalnız üçdə biri gömrük qeydiyyatına alınır. Ya da sahibkarlar 250 milyona gətirdikləri dərmanı əhaliyə 700 milyona satırlar. Başqa necə izahı ola bilər ki?"

Günün bütün mövzuları

XS
SM
MD
LG