Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 09:35

Manat qıtlığı ilə devalvasiyadan qaçmaq istəyi


Azərbaycan manatı

Dövlət başçısı İlham Əliyevin “Milli Qəhrəman” Ç.Qurbanovun ailə üzvlərilə görüşü, ölkədəki manat qıtlığı, bank sisteminin durumu, dollar alqı-satqısındakı kəskin fərqlər bu günkü medianın aparıcı mövzusudur...

“Exo” qəzeti ” “Manat qıtlığı: Azərbaycan hökuməti qiymət artımını dayandırmağa cəhd edir” sərlövhəli məqalədə ölkədə milli valyuta qıtlığı yaranması səbəblərini ekspertlərlə araşdırır.

"Mərkəzi Bank inflyasiya prosesini dayandıra bilmək üçün manat kütləsini yığmağa başlayıb və buna görə də ölkə banklarında manat qıtlığı yaşanır". Bunu qəzetə ekspert Oktay Haqverdiyev şərh edir.

“Mərkəzi Bank manat kütləsini həm də ona görə toplayır ki, müvəqqəti də olsa mal və xidmətlərin qiymət artımını dayandıra və inflyasiya prosesindən qaça bilsin. Bu ilin əvvəlindən kəskin qyimət artımı müşahidə edilir. Bu xüsusilə ərzaq mallarına aiddir. Yumşaq desək, cəmiyyətədki əhval-ruhiyyə sevindirici deyil”.

Oktay Haqverdiyev, Bakı, 9 fevral 2011
Oktay Haqverdiyev, Bakı, 9 fevral 2011

Ekspert deyir ki, pul-kredit siyasətinin sərtləşdirirlməsi pul kütləsinin azalmasına yönəldilib ki, bazarda manat qıtlığı yaransın. O.Haqverdiyev vurğulayır ki, Mərkəzi Bank manatı təkcə bahalaşmanı dayandıra bilmək üçün yox, həm də milli valyutanın məzənnəsini sabit saxalya bilmək üçün toplayır.

Buna da bax: Dolların ucuzlaşması bir oyundur - Ekspert danışır

“Azərbaycanın güclü əsgərləri var”

“Azərbaycan” qəzeti “Azərbaycanın güclü əsgərləri var” sərlövhəli məqaləni bu günlərdə “Milli Qəhrəman” adı alan Çingiz Qurbanovun ailə üzvlərinin dövlət başçısı İlham Əliyevlə görüşünə həsr edib.

Müəllif məqaləni görüş zamanı dövlət başçısının Ç.Qurbanovun cəsurluğuna aid sitatı ilə başlayır:

“Biz Çingizlə fəxr edirik.Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci,əsgəri heç vaxt bu günkü durumla barışmayacaq. Bu bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir”.

Daha sonra məqalədə Ç.Qurbanovun həyatı, tələbəlik dövrü, anadan olduğu Həzrə kəndinə bağlılığı, vətənpərvərliyi barədə düşüncələr yer alır.

Məqalədə 2016-cı ili dekabrın sonlarında Qarabağ cəbhəsindəki insidentə toxunulur.Ç.Qurbanovun təkbaşına qarşı tərəfin hərbçilərilə döyüşə girdiyini, erməni tərəfin 3 əsgər və zabitini zərərsizləşdirdiyini, həlak olduqdan sonra cəsədinin erməni tərəfin əlinə keçdiyini nəzərə çatdırılır.

İlham Əliyev Çingiz Qurbanovun ailəsinə Milli Qəhrəman ulduzunu təqdim edir, 9 fev 2017
İlham Əliyev Çingiz Qurbanovun ailəsinə Milli Qəhrəman ulduzunu təqdim edir, 9 fev 2017

Məqalədə fevralın 5-də Ç.Qurbanovun nəşinin qarşı tərəfdən alınması, dəfni və fevralın 7-də ona “Milli Qəhrəman” adı verilməsindən də bəhs olunur.

Buna da bax: İki il öncə prezidentin açdığı kompleks zibil maşınlarına yükləndi [foto, video]

Ölkə bankları korrupsiya-dələduzluq sisteminin tərkib hissəsi

“Novoye Vremya” qəzeti “Banklar korrupsiya-dələduzluq sisteminin bir hissəsi kimi” sərlövhəli məqalədə ölkənin bank sisteminin durumu dəyərləndirilir.

Məqalədə deyilir ki, hər gün ölkənin bank bank sistemi barədə məlumatlar verilir və bunlarn hamısı da neqativ əsaslı olur.

Məqalədə buna nümunə kimi artıq 2016-cı ildə bağlanmış 9 bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun bu banklarda maliyyə cinayətlərinin üstünü açması ilə bağlı açıqlaması göstərilir:

“Gördüyümüz kimi, bu banklar “partlayıb”lar. Təqsir təkcə manatın devalvasiyasında, kreditlərin qaytarılmamasında deyil, həm də bu banklardakı açıq dələduzluq və talançılıqdadır”.

Məqalədə banklara etimadın olmamasından da bəhs edilir. Bunun nəticəsi kimi təkcə keçən il əhalinin ölkə banklarından 2 milyard manat əmanətini geri çəkməsi göstərilir.

Məqalədə ölkə banklarının mahiyyətindən də danışılır:

“Heç kəsə sirr deyil ki, kommersiya bankları adlandırılsalar da Azərbaycandakı bankların arxasında məmurlar, oliqarxlar, hakimiyyətə yaxın şəxslər dayanırlar.Yəni, bank sistemi ölkədə mövcud olan oliqarx-məmur sisteminin bir hissəsidir ki, burada biznes, dövlət sturkturları və ayrı-ayrı məmur maraqları birləşir”.

Bankomat qarşısnda növbə, Astara, 23 sentyabr 2016
Bankomat qarşısnda növbə, Astara, 23 sentyabr 2016

Qazanan banklar, itirən vətəndaş

“Müsavat.com” saytı ”Dollar təlaşda, manat müəmmada...” sərlövəhli məqalədə son zamanlar dolların ucuzlaşmasını ekspertlərlə müzakirə edir.

Məqalədə bir həftədir ki, dolların manata nisbətdə ucuzlaşması və ekspertlərin bu prosesin iqtisadi əsasının olmaması kimi dəyərləndirməsi yer alır.

“O fikirlərlə mən də razıyam ki, manatın dəyər tapması, dollar qarşısında bahalaşması üçün real əsaslar olmalıdır. Real əsaslar isə tələb-təklif, idxal-ixrac, neftin qiymətidir, bunlar olmalıdır. Manat möhkəmlənirsə bu masbət haldır, amma bunun sabahı necə olacaq, bu davamlı olacaqmı, belə suallar var”. Bunu isə qəzetə deputat Vahid Əhmədov şərh edir.

V.Əhmədov deyir ki, Mərkəzi Bank manatı bahalşadırıb. Dolları ucuzlşadrmaqla faktiki dolları banklara cəmləməyi hədəfləyib. Deputat hesab edir ki, manatın bahalaşması müvəqqəti xarakterlidir, bir müddət sonra manatın ucuzlşaması prosesinin şahidi olacağıq.

Vüqar Bayramov
Vüqar Bayramov

Ekspert Vüqar Bayramov isə dollar alqı-satqısındakı kəskin fərqi diqqət mərkəzinə gəirərək bu fərqdən bankların əldə etdikləri gəlirləri süni gəlirlər adlandırır.

V.Bayramov hesab edir ki, bank sektorunda rəqabət zəif olduğuna görə, Mərkəzi Bank xarici valyuta alqı-satqısında marja tətbiq etməlidir ki, vətəndaş alqısatqıda ciddi itkiyə məruz qalmasın.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG