Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:19

Ölkə iqtisadiyyatının neft riskləri-media icmalı


Bakı, Xəzər dənizində üzən qazma qurğusu, 2005
Bakı, Xəzər dənizində üzən qazma qurğusu, 2005

İyulun 14-də “Novoye Vremya” yazır: “Neft riskləri həmişə var”.

Qəzet hesab edir ki, dünya neft bazarında qeyri-sabitlik əlamətləri müşahidə olunur və OPEC-in gündəlik hasilatı 1 milyon barelə çatdırmaqla bağlı razılaşması nəticəsini göstərir:

“Son iki gündə əmtəə birjalarında neftin dəyəri 70-74 dollar arasında dövr edir ki, bu da əvvəlki günlərə nisbətdə 4 dollar ucuzlşama deməkdir”.

“Novoye Vremya” illərdir təkrarlanan bir fikri yenidən xatırladır ki, Azərbaycan iqtisadiyyatın inkişafında neftin qiymətinə arxayın olmamalıdır, tezliklə iqtisadi islahatlara başlamalıdır. Amma vəziyyətin elə də ürəkaçan olmadığı qeyd edilir:

“Azərbaycan hökumətinin açıqlamalarından belə nəticə çıxarmaq olur ki, iqtisadiyyatın inkişafında ağırlıq yenə də neftin qiyməti üzərinə qoyulur, hətta Mərkəzi Bank manatın məzənnə sabitliyini də əsas bu amillə izah edir. İndiki halda ABŞ və Çin kimi dünya nəhəngləri iqtisadi böhrandan sığortalana bilməyibsə, o zaman ÜDM-i dünya ÜDM-nin 0,5%-i qədər olmayan ölkələr barədə nə danışmaq olar? İlk növbədə bütün mümkün “sürpriz”lərdən qorunmaq lazımdır”.

Qəzet daha sonra vurğulayır ki, neft risklərindən qorunmanın bir zəmanəti var - qeyri-neft sektorunu inkişaf etdirmək, amma bu sahədə inkişaf olsa da yetərli deyil:

“Hələlik bu sektor ölkəyə valyuta gətirmək baxımından neft sahəsilə rəqabət apara biləcək gücdə deyil. Üstəlik, neft sahəsi Azərbaycan büdcəsini formalaşdıran yeganə sahədir və danılmaz faktdır”.

Məqalədə deyilir ki, daha bir zərurət bütünlükdə iqtisadi modelin dəyişdirilməsidir və bu mənada Nazrilər Kabineti “neft psixologiyası”ndan qurtulmalıdır, əks halda 2015-2016-cı illərin iqtisadi böhranı özünü yenidən xatırladacaq.

Neft strategiyasının ilki - BTC

Arxiv foto
Arxiv foto

“Azərbaycan” qəzeti isə “Regionun neft nəqli arteriyası” adlı məqalədə

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Azərbaycanın iqtisadi həyatında oynadığı rolu dəyərləndirir.

Qəzet xatırladır ki, BTC-nin istifadəyə verilməsindən 12 il keçir və zamanında bu neft kəmərinin çəkilişinə əngəllər törədilirdi:

“Kəmərin tikilməsi ideyası yaranan gündən həm Azərbaycanın daxilində, həm də xaricdə bu işə maneə törətmək istəyən qüvvələr baş qaldırmışdı. Onlar müxtəlif bəhanələr gətirirdilər. Bəziləri deyirdi ki, Azərbaycanın bu boru xəttini doldurmaq üçün kifayət qədər nefti yoxdur. Bəziləri iddia edirdi ki, BTC heç vaxt gəlirlə işləyə bilməyəcək”.

Məqalədə deyilir ki, bütün bu maneələrə baxmayaraq BTC neft kəməri 2006-cı ildə istismara verildi. Prezident İlham Əliyevin bu il mayın 29-da “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimində bu kəmər haqda söylədikləri də yada salınır:

“Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.

Qəzet yazır ki, BTC bir sıra önəmli layihələrə də yol açıb, bu kəmər ilk dəfə Xəzərlə Aralıq dənizi arasına körpü salıb və beləliklə, Azərbaycandan Avropaya uzanan geniş bir enerji dəhlizi formalaşıb, bir sözlə, vaxtilə BTC kəməri çəkilməsəydi, bu gün “Cənub qaz dəhlizi”ni açmaq mümkün olmazdı.

XXI əsr kəndinin “yolsuzluq və susuzluq” dərdi

Arxiv foto
Arxiv foto

“Bizim yol” qəzeti isə qazyanlıların probleminə toxunub: “Ucar rayonu Qazyan kənd sakinləri susuzluq və yolsuzluqdan əziyyət çəkirlər”.

Ucar rayonunun Qazyan kəndinin Zərbəçi və Bilağani ərazilərində yaşayan sakinlər qəzetə müraciət ediblər:

“Bizim yaşadığımız Zərbəçi və Bilağani deyilən yaşayış ərazisinin nə yolu, nə də ki, istifadə etməyə suyu var. Buna görə 95 ailənin, 300 nəfərdən çox insanın yaşadığı bu ərazidə hamımız əziyyət çəkirik. Zərbəçi və Bilağani deyilən yaşayış ərazinin yolunun ümumi uzunluğu 3 km-dir. Axırıncı dəfə həmin yol sovetlər dönəmində 1987-ci ildə təmir edilib. Hazırda həmin yol tamamilə dağılıb yararsız vəziyyətə düşüb. Azyaşlılar məktəbə gedə bilmir, qoca və xəstə insanlar əziyyət çəkirlər”.

Qəzet yazır ki, sakinlərin dərdi bununla da bitmir, adı çəkilən ərazilərə nə içməli, nə də və əkilən torpaq sahələrinin suvarılması üçün su verilir. Kənd sakinləri bunun nəticəsində təsərrüfatlarının məhv olduğunu, içməli su baxımından əziyyət çəkdiklərini söyləyirlər.

Sakinlərin sözlərinə görə, şikayətləri Ucar rayon Suvarma Sistemləri İdarəsinə araşdırılsa da, heç bir tədbir görülməyib. Onların sözlərinə görə, əkini suvarmaq üçün böyük bir çay yaşadıqları ərazinin yaxınlığndan keçsə də, artezan su boruları ancaq onlar yaşadıqları sahənin yaxınlığına kimi çəkilib.

“Qazyan bələdiyyəsi və kənd icra nümayəndəliyi də problemlərimizin aradan qaldırılması üçün heç bir tədbir görmək, aidiyyatı orqanların qarşısında məsələ qaldımaq istəmir. İnsanların məskunlaşdığı hər bir yaşayış yerinə ilk olaraq yol və su çəkilməlidir. Bunlar olmayanda həmin yeri yaşayış ərazisi adlandırmaq çətindir”, - qazyanlılar deyir.

Qəzet qeyd edir ki, sakinlər indiki dövrdə belə tərzdə yaşamalarını və belə yaşayış massivinin olmasını “biabırçılıq və qəbuledilməz” adlandırırlar.

“Azərsu”dan “Bizim yol”a deyilib ki, Qazyanda 2 ədəd modul tipli sutəmizləyici quyu var və ikisi də normal işləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG