Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:28

Yerevanda bir neçə ticarət yarmarkasının satıcıları aprelin 21-də hökumət binasının qarşısında etiraz aksiyasına çıxıblar.

Onlar baş nazir Karen Karapetyanla görüş tələb edirlər.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, satıcılar vergi orqanlarının artıq 3 gündür ki, bazarlarda yoxlama aparmasından gileylənirlər.

Satıcıların sözlərinə görə onlar satıcılardan müxtəlif sənədlər, həmçinin müştərilərə kassa aparatlarından çek verilməsini tələb edirlər.

Məktubların qəbulu və çatdırılması üzrə şöbənin rəhbəri Aleksandr Kazaryan aksiyaçıların qarşısına çıxaraq, baş nazirlə görüşmək üçün 10 nəfərlik qrup yaradılmasını təklif edib.

Amma aksiyaçılar birbaşa baş nazirin aşağı düşərək onları dinləməsini tələb ediblər.

Dövlət gəlirləri üzrə komitənin yaydığı bəyanatda isə deyilir ki, satıcıların etiraz aksiyasını yönəldirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG