Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 08:51

Prezident Administrasiyasında yeni təyinatlar


Bu gün, mayın 11-də dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasında yeni kadr təyinatları ilə bağlı sərəncamlar imzalayıb.

Həmin sərəncamlardan birinə əsasən, Fərəh Əliyeva administrasiyanın humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Dövlət başçısının başqa sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib. Fərəh Əliyeva pedoqoq Şirməmməd Hüseynovun qızıdır.

Son zamanlaradək Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri postunu Fatma Abdullazadə tuturdu.

Ölkə başçısının başqa bir sərəncamı ilə isə Rövşən Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin olunub.

Rövşən Nəcəf Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsində çalışırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG