Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:18

Yenilənmiş siyasi məhbus siyahısı açıqlandı


Foto: arxiv
Foto: arxiv

Azərbaycanda Siyasi Məhbusların vahid siyahısının hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyasi məhbus siyahısını açıqlayıb.

Yenilənmiş siyahıya 144 nəfərin adı daxil edilib.Bu bu ilin oktyabr ayında elan olunan siyahıda 139 nəfərin adı var idi.

Siyahıda “Siyasi məhbus” hesab edilən şəxslərin sayı 119 nəfərdir. Oktyabrda açıqlanmış siyahıda “Siyasi məhbus” sayılan şəxslərin sayı 94 nəfər idi.

Onlardan 6-sı jurnalist və bloger, 2-si şair və yazar, 1-i hüquq müdafiəçisi, 5-i gənc fəal, 5-i siyasətçi, 86-sı inanclı fəal, 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş məhbuslardır.

11 nəfərin adı isə qeyd olunan kateqoriyaların heç birinə aid olmadığı üçün digər siyasi motivlə həbs olunan şəxslər qrupuna daxil edilib.

Potensial siyasi məhbuslar - 25 nəfər

İşçi Qrupun potensial siyasi məhbus kimi tanıdığı, lakin onlar barəsində sənədlərin əldə edilməsində çətinliklər yaranması səbəbindən işləri barədə məlumatları tam olmayan məhbusların adı “İşləri monitorinq altında olanlar” bölməsinə daxil edilib.

Həmin şəxslərin sayı 25 nəfərdir. Oktyabr ayında açıqlanan potensial siyasi məhbsuların sayı 45 nəfər idi.

İşçi Qrup dekabr ayının sonunadək monitorinq altında olan digər işlər üzrə araşdırmaları da yekunlaşdırmağı və yeni siyahını ictimaiyyətə açıqlamağı planlaşdırır.

Qrup siyasi məhbusların vahid siyahısının hazırlanmasında əsas məqsədin siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, onların azad edilməsindən ötrü ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaq olduğunu qeyd edir.

Aazərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG