Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:08

Sorgu nəticələri: Yeni partiya Erdoğana və müxalifətə problem yarada bilər


Yeni partiyanın lideri Meral Akşener
Yeni partiyanın lideri Meral Akşener

Türkiyədə keçmiş nazirin və Erdoğanın ən kəskin tənqidçisinin yaratdığı yeni siyasi partiya prezidenti ana lazım olan həlledici dəstəkdən məhrum edə bilər.

Reuters agentliyi yazır ki, Gezici firmasının apardığı yeni sorğunun nəticələrinə görə yeni partiya habelə əsas müxalifətin dəstəyinə şərik ola bilər.

Sorğu nəticələri göstərir ki, millətçi millət vəkili Meral Akşenerin yaratdığı Iyi Parti və ya Yaxşı partiya Türkiyənin siyasi mənzərəsini tamamilə dəyişməyə, hətta ölkənin ən böyük tarixi müxalifəti olan CHP-ni də kölgədə qoymağa qadirdir.

Reuters bildirir ki, hazırda 500 mandatılıq Milli Məclisdə yalnız 5 deputat yeni partiyanın sıralarına keçsə də, onun sıralarının müxalifətin, hətta hakim AKP-nin hesabına sürətlə genişlənəcəyi gözlənilir.

Türkiyədə seçkilər 2019-cu ildə keçiriləcək. İctimai rəyi öyrənmə Gezici firması 4638 respondentdən qəfil seçki keçirilərsə, necə səs verəcəklərini soruşub.

Sorğu nəticələrinə görə 2002-ci ildən hakimiyyətdə olan AKP-nin dəstəyi 49, 5 faizdən (2015-ci il) 43, 8 faizə düşüb.

Nəticələrdə deyilir ki, Akşenerin partiyası qəfil keçirilən seçkilərdə səslərin 19, 5 faizinə sahib ola bilərdi. Bu isə əsası Mustafa Kemal Atatürk tərəfindən qoyulmuş CHP-nin nəticəsindən 1 faiz çox olardı.

CHP 2015-ci il seçkisində səslərin 25 faizini qazanmışdı.

Ən maraqlısı isə budur ki, Akşenerin vaxtilə üzv olduğu MHP, habelə kürdyönlü HDP-nin göstəriciləri 10 faizdən az olub.

2015-ci ildə səslərin 11, 9 faizini qazanmış MHP son sorğuda yalnız 8, 8 faiz dəstək alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG