Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 08:01

'Yeni Bakı'da da qaz yoxdur


Qaz sayğacı

“Mənzil alarkən qaz, işıq və su sayğacları üçün 700 manat ödəmişik. 1 il 6 aydır burda yaşayıram, qaz sayğacını keçən ay quraşdırdılar. Müqavilə üzərində şirkət binaları daimi qazla, işıqla, su ilə təmin edəcəyini üzərinə götürsə də, öhdəliklərini yerinə yetirmir. 3 uşağımla soyuqdan donuram”.

Bunu AzadlıqRadiosu-na Masazırdakı “Yeni Bakı” yaşayış kompleksindəki 3c binasının sakini Samirə Kərimova deyir.

Buna da bax:​ Şınıx bölgəsində də qaz yoxdur

AYA 120-130 MANAT İŞIQPULU

Kompleksin sakinləri uzun müddətdir ki, buranı tikmiş “İlin dörd fəsli” şirkətindən binalara qaz verilməsini tələb edirlər. Demələrinə görə, şirkət hər dəfə “bu gün, sabah” deməklə sakinləri aldadır.

Samirə Kərimova:

“Yeni tikililərdir deyə, çətin qızdırılır. Soyuqdan ölməmək üçün məcbursan ki, elektrik cihazları qoşasan. Bir tərəfdən hər ay azı 120-130 manat işıqpulu ödəyirik, bir tərəfdən də elektrik xətlərində qısaqapanma riskləri çoxalır, həyatımız təhlükədə qalır. Qonşular yığışıb dəfələrlə şirkətin baş ofisinə gediblər. Hər dəfə şirin vədlər verib yola salırlar”.

Buna da bax:​ Çarxı sakinləri: 'Qaz xətti var, nə olsun, qaz ki yoxdur...'

“SAKİNLƏR KÖÇDÜKCƏ QAZ VERİLİR”

“İlin dörd fəsli” MMC-dən “Qaynar xətt”ə bildirilib ki, yaşayış kompleksindəki binaların çoxuna qaz verilib. Sonradan tikilib təhvil verilən binalarda da sayğaclaşma işləri aparılıb. Yaxın vaxtlarda həmin binalara da qaz veriləcək:

“Başlıca səbəb bəzi binalarda yaşayışın az olmasıdır. Sakinlər evlərinə köçdükcə, həmin binalara da qaz verilir”.

Buna da bax:​ Qazın təzyiqinin azalma səbəbləri məlum oldu

Bu arada yaşayış kompleksini inşa etmiş “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsini məhkəməyə verib. Şirkət 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində qaldırdığı iddiada “Yeni Bakı” sakinlərinin yaratdığı “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qeydiyyatının ləğvini tələb edir.

Şərhlər (1)

Bu forum dayandırılıb

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG