Yaponiya Rusiyaya Kuril adalarının birgə iqtisadi inkişafı üçün konkret plan təklif edib.
Bu barədə Nikkei Asiya Reviw xəbər verir.
Fevralın 25-də açıqlanan hesabatda deyilir ki, Yaponiya hökuməti adada turizmi inkişaf etdirmək istəyir.
Yapon və rus şirkətləri turizm sahəsində birgə təkliflər verə bilərlər, - hesabatda deyilir.
Yaponiya birgə balıqçılığın inkişafını təklif edir.
Kuril adaları Yaponiya və Rusiya arasında mübahisəli ərazilər sayılır. Rusiya ikinci dünya müharibəsinin sonunda Kuril adalarını tutub.
İndi Tokioda martın 18-də hər iki tərəfin görüşü gözlənir.
Şərhlər (1)
Daha çox şərh göstər