Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:21

Eks-prezident Viktor Yanukovychin məhkəməsi gedir


Viktor Yanukovych

Kiyevin Obolonskiy rayon məhkəməsində sabiq Ukrayna prezidenti Viktor Yanukovych-in işi ilə bağlı növbəti məhkəmə iclası başlayıb. Keçmiş prezident dövlətə xəyanətdə ittiham olunur. Hazırda cinayət işi 21 cild təşkil edir (19 cild ittiham tərəfinin, 2 cild müdafiə tərəfinin). İyulun 6-da keçirilən prosesdə Yanukovych vəkillərini geri çağırıb, məhkəməni “küfr”, nəticəsini isə “əvvəlcədən təyin olunmuş” adlandırıb. Bundan sonra Ukrayna hökuməti ona dövlət müdafiəçisi təyin ediblər.

İyunun sonunda məhkəmə sözügedən işə qiyabi baxılması ilə bağlı qərar çıxarıb. Səbəb kimi də o göstərilib ki, ittiham olunan Yanukovych özü şəxsən məhkəmədə iştirak etmir və videokonfrans vasitəsilə də iclasa qatılmaqdan imtina edib.

Eks-prezident Yanukovych hazırda Rusiyaya sığınıb. Viktor Yanukovych Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına xələl gətirmək, dövlət çevrilişinə cəhd və vətəndaş müharibəsini başlatmaqda ittiham olunur.

Əsas fakt kimi eks-prezidentin 2014-cü ilin martında Rusiya Federasiyası Şurasına və Putin administrasiyasına yolladığı məktubun fotosürəti göstərilir. Həmin məktubda Rusiyadan Ukrayna ərazisinə ordu yeritməsi istənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG