Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

Londonda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında 79 nəfər həlak olub. Bu barədə iyunun 19-da polis komandiri Stuart Cundy açıqlama verib.

Yanğın olayı iyunun 14-də gecə saatlarında baş verib. Hadisədən sonrakı ilk günlərdə ölənlərin 10-20 nəfər olduğu deyilirdi, amma bu sayın artacağı istisna olunmurdu. İndi bildirilir ki, 27 mərtəbəli binanın xüsusən yuxarı mərtəbəsində yaşayanları xilas etmək mümkün olmayıb, çoxu ya tüstüdən boğularaq, ya da yanaraq ölüb.

Polis xəbərdarlıq edir ki, hələ cəsədi tamamilə yanan və ya tanınmaz hala düşənlərin də olduğu istisna olunmur.

Yanğın baş verən binada 120 mənzildə 600 nəfər qalırmış və onların da daha çox aşağı gəlirli ailələr olduğu bildirilir.

Ötən həftə Baş nazir Theresa May evlərini itirmiş ailələrə kömək məqsədilə 6,4 milyon dollar ayrılması haqda göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG