Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:47

Türkdilli yakutlar Rusiya dil qanununa etiraz edirlər


Rusiyanın Yakutsk şəhərində fəallar Rusiya federal hökumətinin yakut dilinin orta məktəblərdə icbariliyinin ləğvi barədə qərarına qarşı etiraz edirlər.

İyunun 7-də 150 fəal Rusiyanın Saxa rayonunda icazəsiz aksiyaya çıxıb.

Nümayişçilər Təhsil Nazirliyinin etnik regionlarda yerli dillərin tədrisinin könüllü əsasa keçirilməsinə qarşı çıxış edirlər.

Bu barədə qətnaməni imzalamış fəallar bildirirlər ki, Moskvanın qərarı Saxa-Yakutiya respublikasının öz ana dilini dövlət dili etməsi kimi konstitusiya hüququnu pozur.

Nümayişin təşkilatçısı Feliks Antonov AzadlıqRadiosuna deyib ki, aksiya yerli Dövlət Məclisinin sessiyasından bir gün əvvəl keçirilir. Bu sessiyada təhsil haqqında federal qanuna düzəliş edilməlidir.

1 milyonadək sayı olan türkdilli yakutlar həm də Yakutiya kimi tanınan Saxa respublikası əhalisinin yarısını təşkıl edirlər.

Son aylarda Rusiyanın etnik rayonlarında dil məsələsi bir çox ziddiyyətlərə səbəb olub.

Prezident Putin 2017-ci ilin iyulunda bəyan etmişdi ki, ölkənin etnik regionlarında yerli dillərin qeyri-millətin nümayəndələrinə icbari öyrədilməsi yolverilməzdir. O federal prokurorlara bu sərəncamı pozanlara qarşı hüquqi tədbir görülməsinə göstəriş vermrşdi.

Bu bəyanatdan sonra Rusiyanın etnik regionlarında yerli dillərin icbari tədrisi dayandırılıb.

Ötən aprel ayında Tatarıstan Respublikasında valideynlər tatar dilinin icbari tədrisinin qaytarılmasını tələb edirdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG