Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 06:08

'Xocalı' rəsm sərgisi açılacaq


“Xocalı” rəsm sərgisinin plakatı.

Fevralın 27-də Bakıda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı” rəsm sərgisi açılacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) təşkilatının dəstəyi ilə reallaşacaq. Sərgidə eyniadlı müsabiqəyə bu mövzu ilə bağlı təqdim olunmuş sənət əsərləri nümayiş olunacaq.

Buna da bax:​ Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq

İki gün davam edəcək sərgi İçərişəhərdə Kiçik qala, 105 ünvanında açıq səma altında gerçəkləşəcək.

Sərginin sonunda qaliblər mükafatlandırılacaq.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG