Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:05

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xarici işlər nazirlərinin müavinlərinin Bakıda keçirilən 48-ci iclası başa çatıb.

Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, iclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan təmsil olunub.

Azərbaycanın sədrliyi ilə keçirilən toplantıda xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, əsas razılaşmalar, mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşdırılması və ciddi nəticələrin əldə olunmasından ötrü əlverişli şərait yaradıb.

Buna da bax:​ Xəzərin statusu ilə bağlı danışıqlar...

O, vurğulayıb ki, Konvensiya layihəsinin bütün təməl müddəalarının razılaşdırılmasının yekunlaşdırılması üzrə növbəti sammitin keçirilməsi Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və əməkdaşlığından ötrü hərtərəfli hüquqi əsasın yaradılması məqsədi daşımalıdır.

Toplantıda konvensiyanın əsas müddəalarının müzakirə edilib, razılaşdırıldığı bildirilir.

İşçi Qrupunun növbəti toplantısının Türkmənistanda keçirilməsi qərar alınıb.

Buna da bax: Xəzərlə bağlı yeni danışıqlar gözlənir

Xatırlatma

Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar 1997-ci ildən başlayıb.

Danışıqlarda tərəf olaraq Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran iştirak edir. Birinci üç dövlət Xəzərin orta xətt üzrə bölgüsü haqda razılaşıblar və sərhədlər, əsasən, müəyyən edilib. İran və Türkmənistan isə Xəzərin 5 bərabər hissəyə ayrılması məsələsində israr edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG