Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 00:09

Yol genişləndi, şah Xətai yaddan çıxdı


Şah İsmayıl Xətainin heykəli

Sual: Altızolaqlı yolun ortasında heykəl necə qala bilər? Anormal görünməz?

Cavab: Niyə anormal? Onsuz park olsa da, insanların oraya çıxışı yox idi.

Bakıda - Şah İsmayıl Xətainin heykəli ucalan Yusif Səfərov küçəsində genişləndirmə işləri aparılır. Bu məqsədlə yolu ikiyə bölən park aradan götürülüb. Üçzolaqlı yol altızolaqlı olacaq. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzadlıqRadiosu-na belə deyib.

Buna da bax:​ Küçəyə çıxıb Şah İsmayılın kim olduğunu soruşsaq...

Bu heykəli bircə dəfə görən adam da, istər-istəməz, ağlından belə bir sual keçirəcək: Yol genişlənir və park da ləğv olunursa, Xətainin heykəli harda yerləşdiriləcək?

Anar Nəcəfli: "Üçzolaqlı yol altızolaqlı olacaq"
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

Mediada, Xətai Rayon İcra Hakimiyyətinə istinadla, heykəlin yaxınlıqdakı “Lalələr” parkına köçürüləcəyi xəbəri getsə də, rəsmi qurumdan bu məlumatı yalanlayıblar. İcra başçısının köməkçisi Əlican Əhmədov AzadlıqRadiosu-na deyib ki, icra hakimiyyətindən belə açıqlama verilməyib və onlar heykəlin hara köçürüləcəyini bilmirlər: “Heykəllər Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Yolun genişləndirilməsi Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilir”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti də bu haqda məlumatsız olduğunu, sualları fevralın 16-da cavablaya biləcəyini bildirib.

Buna da bax:​ YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

Anar Nəcəfli: “Ola bilsin yerində qalsın”

“Azəravtoyol”un sözçüsü Anar Nəcəfli AzadlıqRadiosu-na deyir ki, heykəlin götürülməsi, hələlik, gündəmdə deyil:

– İndi heykəlin köçürülməsi müzakirə mövzusu deyil.

– Axı yol genişləndirilirsə və park da ləğv edilirsə, heykəl orda necə qala bilər?

– Hazırda bu məsələ müzakirə mövzusu deyil. Yəni köçürülməsi haqda qərar olarsa, məlumat verərik. Bu gün belə qərar yoxdur. Söküntü işləri də, hələlik, heykəlin arxa hissəsində aparılır.

– Axı necə ola bilər ki, yol genişlənsin, amma heykəl yolun ortasında qalsın?

– Park artıq yoxdur. Yol salınır orda, genişlənmə aparılır. Ancaq heykəl yerindədir. Onun köçürülməsi haqda qərar yoxdur. Ola bilsin yerində qalsın.

– Altızolaqlı yolun ortasında heykəl necə qala bilər? Anormal görünməz?

– Niyə anormal? Onsuz da, park olsa da, insanların ora çıxışı yox idi. Park da deyildi. Yaşıllıq zonası idi, orda da heykəl qoyulmuşdu. Yol genişlənəndən sonra da ora yolayrıcı olacaq. Heykəlin orada qalması mümkündür.

Buna da bax:​ Şah İsmayılın sancağı pul vahidiymiş...

Heykəltəraş: “Yaxşı yer deyil elə də”

Rəssamlar İttifaqının heykəltəraşlar bölməsinin rəhbəri Xanlar Əhmədov heykəlin uyğun yerdə qoyulmadığını düşünür, buna görə də ordan köçürülməsinə pis baxmır. Onun fikrincə, bu heykəlin başqa parkda qoyulması daha yaxşı olardı: “Xətainin heykəli yolayrıcında qoyulub. Yaxşı yer deyil elə də”.

Xanlar Əhmədov: "Xətainin heykəli yolayrıcında qoyulub. Yaxşı yer deyil elə də"
Gözlə

No media source currently available

0:00 0:00:17 0:00
Direct-ə keçid

Xanlar Əhmədov təəssüflənir ki, bu haqda qərar veriləndə “heç kimlə məsləhətləşmirlər, heç kimdən də heç nə soruşmurlar”.

Deputat: "Yolun ortasında heykəl olmaz ki..."

Deputat Fazil Mustafa şəhərdə çox heykəl qoyulmasının tərəfdarı olmadığını söyləsə də, düşünür ki, yol genişləndikdən sonra Xətainin heykəlinin köçürülməsi “daha məqsədəuyğundur”:

Fazil Mustafa: "Yolun ortasında heykəl olmaz"
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00
Direct-ə keçid

“Yolun ortasında heykəl olmaz ki. Bəlkə hansısa dairə olsa, yol kəsişməsi olsa, qala bilər. ancaq çox güman köçürüləcək. Mən orda hansı layihə planlaşdırılıb, bilmirəm. Ancaq yenə deyirəm ki, yolun ortasında heykəl qoyulmasının heç bir anlamı yoxdur”.

Buna da bax:​ Cümhuriyyət banilərinə yalnız qəbiristanlıqda yer tapıldı

Xatırlatma

Şah İsmayıl Xətai Səfəvilər dövlətinin qurucusudur. Eyni zamanda, Xətai təxəllüsü ilə şeirlər yazıb. Məhz onun dönəmində Azərbaycan türkcəsi dövlət dili kimi istifadə olunub.

1990-cı illərdə müstəqillik qazanan Azərbaycanda Şah İsmayıl Xətaiyə Bakıda onun şərəfinə adlandırılan rayonda heykəl qoyulub. Ancaq o zaman da heykəlin yeri mübahisələrə yol açmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG