Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 14:50

Canlı Rusiya-Türkiyə birgə müşahidə mərkəzi necə işləyəcək


Suriyada Rusiya-Türkiyə birgə hərbi patrulu.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Bundan əvvəl, noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun, Ağdam rayon mərkəzinə daxil olmuşdu. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilmişdi.

Laçında məskunlaşan ermənilər silahları təhvil verirlər
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Prezident xalqa müraciət edib

Bu gün, noyabrın 20-də prezident İlham Əliyev Azərbaycan ordusunun Ağdam rayonuna daxil olması ilə bağlı xalqa müraciət edib.

Azərbaycan ordusu Ağdama daxil olub

Azərbaycan ordusunun bölmələrinin noyabrın 20-də Ağdam rayonuna daxil olduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda yazılıb ki, Azərbaycan prezidenti, Ermənistan baş naziri və Rusiya Federasiyasının prezidentinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. "Ağdam rayonundan foto və videomateriallar gün ərzində təqdim olunacaq", - məlumatda qeyd edilir.

Rusiya və Fransa Qarabağı müzakirə ediblər

Rusiya və Fransa xarici işlər nazirləri Sergey LavrovJan İv Le Drian noyabrın 19-da telefonla Dağlıq Qarabağı müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında noyabrın 9-da imzalanmış razılaşmanın həyata keçirilməsinin mühümlüyünü vurğulayıblar.

İki nazir habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığının və UNESCO-nun sülhməramlı proses əsnasındakı fəaliyyətinin mühümlüyünü qeyd edib.

Lavrov və Le Drian razılaşıblar ki, hazırda ən mühüm vəzifə köçkün və qaçqınların daimi yaşayış yerlərinə təhlükəsiz qayıdışının, regiondakı bütün iqtisadi və nəqliyyat kommunuikasiyalarının açılmasının və mülki infrastrukturun bərpasının təmin edilməsidir.

Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ böhranının ATƏT-in Minsk qrupunun prinsipləri çərçivəsində və Azərbaycan və Erməni xalqlarının bərabər hüquqları əsasında tənzimlənməsinə dair fikir mübadiləsi aparıblar.

Bu söhbət zamanı həm də Ukraynadakı vəziyyət müzakirə olunub. Sergey Lavrov Paris və Berlinin Kiyev hakimiyyətini onun Minsk razılaşmalarını pozmasında himayə etmələrinin yolverilməzliyini vurğulayıb.

Davamı

XS
SM
MD
LG