Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Vladimir Putin Qərbi 'Qırmızı xətti' keçməməyə çağırıb


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Qərbi təxribatlardan çəkinməyə və Rusiya ilə münasibətlərdə “Qırmızı xətti” keçməməyə çağırıb.

O, belə bir bəyanatla mayın 25-də Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edib.

Vladimir Putin bunları deyərkən , Ukraynanın NATO İttifaqına qəbul edilməsinin mümkünlüyünə toxunub və qeyd edib ki, buQərblə Moskva arasında münasibətləri pisləşdirəcək.

“NATO-nin sərhədləriməzə çatması bəs deyil, bizdə belə bir şübhə yaranıb ki, sabah Ukrayna da bu təşkilata qəbul ediləcək və orda hansısa radar və hava hücumlarından müdafiə sistemləri yerləşdiriləcək”.

Qazeta.ru saytının yazdığına görə Putin qeyd edib ki, indiki, mövcud sərhədlər saxlanmalı, Qərb ölkələri isə heç zaman “qırmızı xətti” keçməməlidir.

Buna da bax: "Pompeo Rusiyanı qoşunlarını Gürcüstandan çıxarmağa çağırır"

Rusiya prezidenti deyib ki, Rusiyanın maraqlarına hörmətlə yanaşmaq lazımdır.

Putin bir daha qeyd edib ki, NATO ittifaqının genişlənməsi Rusiyaya təhlükə ola bilər.

Xatırladaq ki, Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkənin əsas məqsədi Avropa Birliyi ilə NATO ittifaqına inteqrasiya etməkdir.

NATO dəfələrlə bəyan edib ki, alyansın genişlənməsi Rusiyaya qarşı yönəlməyib.

Moskva isə bunu birbaşa özünə qarşı təhlükə hesab edir.

Buna da bax:Pompeo Ankaranı Rusiyadan S-400 almaq planına görə sanksiya ilə hədələyib

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG