Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Türkiyə təkzib etdi - viza olmayacaq


İstanbul
İstanbul

-

Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə AzadlıqRadiosuna Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

«Azərbaycan Respublikasının vətəndaşları, 2007-ci ildən bu günədək tətbiq edildiyi kimi, Türkiyəyə turistik məqsədlə həyata keçirəcəkləri 30 günlük səyahətlərdə viza almaq zərurətindən azaddırlar» - səfirlikdən bildirib.

Türkiyə mətbuatı 2016-cı ilin iyun ayından Ankaranın Aİ üzvü olmayan ölkələrlə, o cümlədən Azərbaycanla viza rejiminə keçəcəyi ilə bağlı məlumat yayıb. Xəbərə əsasən, yeni qərar Avropa Birliyi ilə viza razılaşmasından sonra verilib.

XS
SM
MD
LG