Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 17:25

Yaxşı, Pis və Eybəcərin məzarlığı abadlaşdırılıb


"Yaxşı, Pis və Eybəcər" filminin 1966-cı il afişası

Yenicə çəkilmiş sənədli film məşhur vestern “Yaxşı, Pis və Eybəcərin” məzarlığını abadlaşdıran pərəstişkarlara həsr olunub.

Britaniya mətbuatı yazır ki, kino tarixində ən məşhur qəbristanlıqlardan biri olan Sad Hill (Qəmli təpə) məzarlığı 50 ildən sonra kinosevərlərin əli ilə turist məkanına çevrilib. Clint Eastwood, Lee Van Cleef və Eli Wallach-ın oynadıqları Yaxşı, Pis və Eybəcər məhz burada dramatik qarşıdurmaya çıxmışdılar.

Burada Pisi öldürdükdən və Eybəcərin həyatını tükdən asılı vəziyyətdə qoyduqdan sonra Yaxşı təbəssümlə belə demişdi: “Görürsən, bu dünyada yalnız iki cür insan var, dostum. Darağı dolu tüfənglilər və yerqazanlar. Sən indi yerqazansan”.

Eastwood-un bu monoloqundan ilhamlanan pərəstişkarlar bu məzarlığı onun ilkin tarixi vəziyyətinə gətiriblər.

İspaniyanın şimalındakı Burqos vilayəti Sergio Leone-nin 1966-cı il spagetti vesterni üçün səhnə olmuş, lakin sonralar unudularaq təbiətin ixtiyarına verilmişdi. Lakin indi Sad Hill Mədəniyyət Assosiasiyası adlı təşkilat bu səhnəni yenidən qurub.

Təşkilat ictimaiyyətdən topladığı pullarla bu işə Fransa, Almaniya, Türkiyə, İtaliya və ABŞ-dan könüllüləri cəlb edib.

İspaniya rejissoru və kino fanatiki Guillermo de Oliveira bütün bu abadlaşdırma işini sənədli filmə çəkib.

O deyib ki, məşhur filmlərin çəkildiyi yerlərə səyahət etmək onun hobbisidir. Rejissor “Qızılgöz” (Golden Eye) filminin çəkildiyi yerdə olub, “Ulduz Müharibələri” filmlərindən birinin çəkildiyi Tunisə də gedib.

Abadlaşdırma üçün fond heyrətamiz bir fəndlə toplanıb. Bu qəbristanlıqda bərpa olunacaq 5000 qəbir xaçında adının yazılmasını istəyənlər 15 avro ödəməliydilər.

Oliveira-nın sənədli filmi çəkməsi o qədər çətin olmayıb. O sadəcə olaraq könüllülərə qoşularaq onların gündəlik işini lentə alıb.

Sənədli filmdə habelə bəstəkar Morricone, filmin məşhur pərəstişkarları – rejissor Joe Dante, Metallica qrupunun müğənnisi James Hetfield-lə müsahibələrdən fraqmentlər də var.

Ən çətini filmin qəhrəmanından – Eastwood-dan müsahibə almaq olub. Sərasər 10 ay ona zənglər edilib, email-lər yazılıb və mesajlar göndərilib.

Bu müsahibənin bir yerində kövrələn aktyor özünü ağlamaqdan saxlaya bilmir.

İndi bu qəbristanlıq İspaniyanın büdcəsinə pul gətirməyə başlayıb.

https://www.theguardian.com/film/2017/jun/22/the-good-the-bad-and-the-ugly-graveyard-back-from-the-dead

Günün bütün mövzuları

XS
SM
MD
LG