Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 06:10

Vergilər Nazirliyi işçi seçir


Azərbaycanda boş iş yerlərinin gizlədildiyi deyilir. İş axtarmağa nədən başlayırsan?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Azərbaycanda boş iş yerlərinin gizlədildiyi deyilir. İş axtarmağa nədən başlayırsan?

Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyənlərə müsabiqə elan edib.

Bu haqda nazirliyin media və kommunikasiya mərkəzinin məlumatında bildirilir.

Müsabiqəyə sənədlər elektron ərizə vasitəsilə bu ilin dekabrın 5-dən 20-dək qəbul ediləcək. Müsabiqəyə qatılmaq istəyənlər həmin müddətdə nazirliyin rəsmi internet saytı üzərindən elektron ərizə doldurmalıdırlar.

Sənədləri qəbul edilən namizədlər gələn il yanvarın 24-dən 26-dək səhər saat 10.00-dan 18.00-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından götürməlidirlər.

Müsabiqənin test imtahanı mərhələsi isə gələn il yanvarın 28-də Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

Nazirlik müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısını rəsmi internet saytında yerləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG