Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:39

Vergilər daha 500 milyon toplaya biləcəkmi?


Arxiv fotosu
Arxiv fotosu

Vergilər Nazirliyi gələn il builkindən 500 milyon manat çox öhdəlik götürür.

Nazirliyin məlumatına görə, bu il büdcəyə 7 milyard 5 milyon manata, gələn ilsə 7 milyard 510 milyon manat toplanmalıdır. Başqa sözlə, builki proqnozdan 500 milyon manat çox.

Buna da bax:​ Vergi daxilolmaları 113 milyon manat azalıb

Builki vergi daxilolmaları ötən ildən 113 milyon manat az olacaq. 2015-ci ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyinin xəttilə dövlət büdcəsinə 7 milyard 118 milyon 196,7 min manat köçürülüb. Gələnilki proqnoza münasibət bildirən ekspertlər bunun yalnız inzibati yolla mümkün ola biləcəyini düşünürlər. Nəticədə, sahibkarlıq subyektləri bağlanma təhlükəsi ilə üzləşəcək.

Ölkədəki iqtisadi böhrandan hökumət də danışır. Bu durumda biznes daha 500 milyon manat vergini necə ödəyə biləcək?

Buna da bax: 'Bu sənədi 'vergi amnistiyası' adlandırmaq doğru deyil'

“Digər sahələrdə iqtisadi aktivliyin azalması…”

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli fikrincə, proqnozu yerinə yetirmək çox çətin olacaq: “Bəlkə ümid edirlər ki, neftin bahalaşması davam etsə, Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ-dən) vergi daxilolmaları artacaq. Amma digər sahələrdə iqtisadi aktivliyin azalması, bu hədəfə çatmağa mane olacaq”.

Ekspert deyir ki, nazirlik cərimə, sanksiya yolunu seçsə, bu çıxış yolu olmayacaq: “Zorla olmur bu işlər. Vergi biznesi çox sıxsa, biznes daha çox qapanacaq”.

Buna da bax:​ 'Vergi ödəyicilərinin sayı sürətlə şişir...'

“Builki qədər vergi toplanması sürpriz olardı”

İqtisadiyyat bilicisi Ülvi Əmrahsoy da gələn il bu ildən 500 milyon manat çox vergi toplanmasını real saymır: “İqtisadiyyatın zəiflədiyi, manatın ucuzlaşdığı, kiçik və orta sahibkarlığın çökdüyü bir vaxtda hətta builki qədər vergi toplanması sürpriz olardı”.

Bəs hökumət neft sektorundan daxil olan vergilərə ümid bağlaya bilərmi? Ü.Əmrahsoy deyir, bəlkə də nazirlik neftin qiymətinin 60 dollarda sabitləşəcəyini əsas götürərək, neft şirkətlərinin ödəyəcəyi vergilərin artacağını proqnoz edib: “Sanksiya və cərimələrlə bu qədər vəsait toplamaq mümkün deyil. Əksinə, bu yola getsələr, biznesi daha da çökdürəcəklər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG