Vergi ödəyicilərinin borclarının əsas hissəsinin silinməsi nəzərdə tutulmayıb.
Bunu Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə bildirib.
O, dekabrın 26-sı “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında ” qanunun izahına həsr edilmiş brifinq keçirib.
Buna da bax: 'Hökumətin birinci məqsədi büdcəni doldurmaqdır'
Vergi borcları vergilər, faizlər və maliyyə sanksiyalarından ibarətdir.
Z.Məmmədzadə bildirib ki, faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada silinməsi nəzərdə tutulur. Bir dəfəyə və mərhələli şəkildə .
Mövcud maliyyə sanksiyaları üzrə borcların yanvarda 30 faizi ödənildikdə yerdə qalan 70 faizi, yanvar-fevral aylarında 50 faizi ödənildikdə yerdə qalan 50 faizi, yanvar-mart aylarında isə 70 faizi ödənildikdə yerdə qalan 30 faizi silinəcək.
Buna da bax: 'Vergi ödəyicilərinin sayı sürətlə şişir...'
Qanunun müddəaları faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcək.
Qanun 44000-dən çox vergi ödəyicisini əhatə etməlidir. Onların 97 faizdən çoxunun özəl sektorda çalışan sahibkarlar olacağı bildirilir.