Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 00:59

Venesuellada ölkəboyu tətildə 2 nəfər ölüb


arxiv

Venesuellada iyulun 20-də hökumətin siyasətinə qarşı ölkəboyu keçirilən etiraz tətilində polislə toqquşmalar olub, iki nəfər ölüb.

Ölkənin əksər şəhərərində ticarət mərkəzlərinin və nəqliyyatın fəaliyyəti iflic olub. Küçələrdə barrikadalar qurulub. Müxalifət üçün də mərkəz olan paytaxt Karakasda həyatın normal axını demək olar ki tamamilə dayanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Müxalifətin əsas tələbi prezident Nikolas Maduro-nun kostitusiyanı dəyişmək istəyindən əl çəkməsidir. Həmçinin siyasi azadlıqların bərpa olunması, əhaliyə ərzaq və tibbi ləvazimatların çatdırılmasının normallaşdırılması tələb olunur.

Nikolas Maduro iyulun 30-da ölkədə referndum təyin edib. Referendumun nəticəsi pezidentin idarəetmədəsəlahiyyətilərini artıra və hazırda müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətini azalda bilər.

ABŞ başda olmaqla dünyanın əksər ölkələri Maduro-nu referendum keçirməməyə çağırıb. ABŞ hətta bəyan edib ki, referendum keçiriləcəyi təqdirmə Venesuellaya sanksiya tətbiq edə bilər.

Müxalifət deyir ki, tətilə ölkədə çalışan əhalinin 85 faizi qoşulub. Madura isə bildirib ki, yüzlərlə idarədə işçilər 100 faiz işlərinin başında olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG