Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:24

Venesuellada 7 milyondan çox seçici konstitusiyada islahatla bağlı referendumda iştirak edib. 31 milyon əhalisi olan ölkədə referendumu müxalifət keçirir.

Seçicilərdən prezident Maduronun konstitusiyada dəyişiklik etmək niyyətinə dəstək verib, vermədikləri soruşulur. Ölkə müxalifəti prezidentin təklifinə qarşıdır, hesab edirlər ki, konstitusiyaya dəyişiklik idarəetmədə parlamentin rolunu zəiflədəcək, prezidentin imkanlarını artıracaq.

Referendum rəsmi sayılmır və heç bir hüquqi qüvvəsi yoxdur. Prezident Maduro müxalifətin keçirdiyi bu referendumu qeyri-qanuni adlandırıb.

Venesuellanın paytaxtı Karakasda referendum zamanı naməlum şəxs atəş açıb, nəticədə bir nəfər ölüb, üçü yaralanıb. Müxalifət iddia edir ki, baş verən olayın arxasında hakimiyyət durur.

Son bir neçə ayda ölkədə hakimiyyət əleyhinə etirazlarda 100-ə yaxın adam ölüb, 500-ə yaxını yaralanıb. 1500-dən çox saxlananlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG