Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 18:25

Vəkil izləndiyini deyir


Vəkil Samirə Ağayeva

Bir qrup naməlum şəxs vəkil, hüquq müdafiəçisi Samirə Ağayevaya hədə-qorxu gəlib. Hadisə axşam fevralın 24-dü axşam saatlarında S.Ağayevanın evinin yaxınlığında baş verib. Bu barədə o özü məlumat verib.

İçərisində 2 nəfərin olduğu avtomobil onu avtobus dayanacağından evə qədər izləyib. Blokun qabağında yüksək sürətlə S.Ağayevanın üstünə sürməyə cəhd edib. S.Ağayeva blok tərəfə keçib və maşın arxaya sürüb, o deyir.

“Qaranlıq olduğu üçün maşının nömrəsini görə bilmədim. Yuxarı qalxdım, balkondan baxdım. Maşın 5 dəqiqə gözlədi və getdi”, - S. Ağayeva bildirib.

Hüquq müdafiəçisi baş verənləri onu qorxutmaq cəhdi kimi qiymətləndirib.

O, Turan-ın müxbirilə söhbətində bildirib ki, bu, çox güman, onun hüquq-müdafiə və siyasi fəaliyyəti (S.Ağayeva D18 Hərəkatının sədr müavinidir), məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsilə bağlıdır.

Hüquq müdafiəçisi polisə müraciət edib-etməyəcəyi barədə sualın cavabında deyib ki, avtomobilin nömrəsini görməyib, yaşadığı evin həyətində isə müşahidə kamerası yoxdur.

Hüquq mühafizə qurumları vəkilin açıqlamasını şərh etməyiblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG