Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 23:16

62 yaşlı hüquq müdafiəçisi vəfat edib


Vasila Inoyatova

Özbəkistanlı hüquq müdafiəçisi Vasila İnoyatova mayın 19-da Daşkəntdə vəfat edib.

62 yaşlı hüquq müdafiəçisi “Ezqulik” insan haqları cəmiyyətinin rəhbəri idi.

Azadlıq Radiosu özbək xidmətinin məlumatına görə, o, səhər saatlarında xəstəxanada daxili qanaxmadan əməliyyat olunarkən keçinib.

İnoyatova uzun illər idi ki, “Ezqulik” cəmiyyətinin rəhbəri idi.

Son illər siyasi məhbusların müdafiəsi uğrunda çox aktiv mübarizə aparırdı.

Sağlamlığında problemlər olsa da tez-tez həbsxanalara baş çəkir, saxta ittihamlarla həbsə atılan hüquq müdafiəçiləri, müxalifət fəalları və müstəqil jurnalistlərlə görüşür, onlara hüquqi və maaddi yardım göstərməyə çalışırdı.

Vasila İnoyatovanın rəhbərlik etdiyi cəmiyyət daima tanınmış beynəlxalq hüquq-müdafiə təşkilatları və kütləvi informasiya vasitələrinə Özbəkistandakı siyasi məhbuslar barədə məlumat verirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG