Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 14:25

‘Varlılar varlanıb, yoxsullar isə daha da yoxsullaşıb’ [media İcmalı]


"Artım". Şerif. kariaktura

Azərbaycanın qaz ehtiyatları, inflyasiya və pambıqçılığın inkişafı fonunda heyvandarlıqda idxaldan asılılığın artması bu gün (13 sentyabr. 2017-ci il) medianın aparıcı mövzularındandır...

“Pambıqla baş kəsmək”

Azadlıq.info” saytında “Pambıqla heyvandarlığın başı ‘kəsilir’” sərlövhəli yazı oxumaq olar. Yazıda kənd təsərrüfatı üzrə ekspert Vidadi Məhərrəmlinin düşüncələrinə yer verilib.

Buna da bax:​ Ekspert: 'Pambıq siyasəti valyuta gəlirlərini yox, valyuta xərclərini artırıb'

Müəllif bildirir ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana ərzaq malları, qida məhsulları idxalı ciddi şəkildə artıb:

“Ölkə əhalisinin alıcılıq qabiliyyəti aşağı düşdüyü bir zamanda əksər mal qrupları üzrə idxalda artım var. Bu daxili istehsalın ciddi azalması ilə əlaqədardır. Daha çox artım heyvandarlıq məhsullarında özünü göstərir”.

Ekspert vurğulayır ki, 2016-cı ilin 8 ayı ərzində ölkəyə 20,3 milyon dollar dəyərində ət, 61,3 milyon dollar dəyərində süd və süd məhsulları, 14,9 milyon dollar dəyərində də diri heyvanlar idxal olunmuşdu:

Buna da bax: Ekspert: 'Hökumətin yanlış pambıq siyasətinin acı nəticəsi...' [video]

Bərdə. Pambıq əkilməsi üçün yeni torpaq sahələri şümlanır
Bərdə. Pambıq əkilməsi üçün yeni torpaq sahələri şümlanır

“2017-ci ilin 8 ayı ərzində ət idxalı 2,2 dəfə artaraq 42,9 milyon dollar, süd, süd məhsulları idxalı 36 faiz artaraq 83, 4 milyon dollar, kəsim heyvanların idxalı isə 74 faiz artaraq 25,9 milyon dollar təşkil edib. Hakimiyyətin apardığı yarıtmaz siyasətin nəticəsidir ki, heyvandarlıq məhsullarının idxalı artır, istehsal isə azalır”.

Ekspert bu vəziyyətin yaranmasını örüş yerlərində və fermerlərin vaxtilə icarəyə götürdüyü torpaqlarda kütləvi pambıq əkilməsi ilə izah edir:

“Nəticədə ümumi pambıq istehsalı nisbətən artsa da, heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı. 2016-cı ilin 8 ayı ilə müqayisədə bu il pambıq ixracından əlavə 21,2 milyon dollar vəsait əldə olunub. Halbuki, eyni müddət ərzində heyvandarlıq məhsulları idxalı üçün əlavə 55,7 milyon dollar vəsait xərclənib”.

Buna da bax:​ Qışlaq sökülür... Pambıq əkiləcək

Gəlir azalır, xərclər artır

Exo” qəzetində “Azərbaycan əhalisinin xərcləri 50 faiz artıb” sərlövhəli yazı diqqət çəkir.

Müəllif mövzunu ekspert Nəriman Ağayevlə müzakirə edir.

Nəriman Ağayev əhalinin gəlirlərinin artması barədə rəsmi statistikanı şübhə altına alır. O, hesab edir ki, rəsmi statistika real durumu əks etdirmir:

“Son iki ildə əhalinin gəlirləri 30 faiz azalıb və azalmaqda davam edir, dövlət qurumları isə hansısa artımdan danışırlar. Manatın devalvasiyası ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir edib. Manatın məzənnəsinin və neftin qiymətinin aşağı düşməsinin nəticələrini ölkə indi də yaşayır. Əhalinin gəlirləri azalıb, 2015-ci il ilə müqayisədə xərcləri isə 50 faiz artıb”.

Buna da bax:​ 'Payızda yenidən inflyasiyanın artacağı gözlənir' - Media icmalı

Nəriman Ağayev
Nəriman Ağayev

Yazıda vurğulanır ki, bir çox insanlar metronun stansiyaları qarşısında xırdavat mallar satırlar:

“İnsanların durumu əslində belədir, əhalinin gəlirlərinin artımı qeydə alınıb, amma bunlar proporsional deyil. Belə ki, varlılar daha da varlanıb, yoxsullar isə daha da yoxsullaşıblar”.

N.Ağayev vurğulayır ki, qeyri-sabit iqtisadi durum insanları qeyri-leqal işləməyə məcbur edir. Ekspertin düşüncəsinə görə, bunun özü də ölkəyə əlavə problemlər yaradır.

Nəriman Ağayev vurğulayır ki, təqribi hesablamalara görə, ölkədə 1 milyon 250 minə yaxın qeyri-leqal əməkçi var.

Buna da bax: Valyuta ehtiyatları: Prezident 'artırmalıyıq' deyir, amma...

Yazıda xatırladılır ki, rəsmi statistikaya görə, 2017-ci ilin yanvar-iyul aylarında əhalinin nominal gəlirləri 27 milyard 716,9 milyon manat olub. Bu 2016-cı ilin eyni dövrüylə müqayisədə 7,5 faiz çoxdur. Amma illik orta inflyasiya 14 faiz təşkil edib.

100 illik qaz təchizatçısı

Azərbaycan” qəzetində isə “Azərbaycan bölgəni 100 il qazla təmin edəcək” sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, son illər Xəzərin Azərbaycana aid sektorunda kəşf edilən yataqlar ölkənin zəngin qaz ehtiyatlarına malik olduğunu göstərir. Azərbaycan qısa müddətdə qaz ixracatçısı kimi tanınmağa başlayıb.

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrdir'

Yazıda vurğulanır ki, bu ilk növbədə, böyük ehtiyatlara malik “Şahdəniz” yatağının sayəsində baş verib:

İlham Əliyev "Şahdəniz 2" platformasında
İlham Əliyev "Şahdəniz 2" platformasında

“Bu yataq Azərbaycandan Avropaya uzanacaq 3500 kilometrlik “Cənub Qaz Dəhlizi”nin əsas ehtiyat mənbəyidir. Lakin “Şahdəniz” Xəzərdə tək deyil, yaxın gələcəkdə bir sıra digər perspektivli yataqlardan da hasilata başlanacaq”

Müəllif bu mövzuda fikirlərini əsaslandırmaq baxımından bu yaxınlarda “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində prezident İlham Əliyevin çıxışından sitat da gətirir:

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycan azı 100 il...'

“Şahdəniz”in minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG