Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:17

125 rəssamın əllə çəkdiyi…film


Van Gogh
Van Gogh

Polşa və Britaniyanın birgə istehsalı olan “Sevən Vinsent” (Loving Vincent) filminin premyerası Londonda, oktyabrın 13-də BFI London Film Festivalı çərçivəsində olacaq.

Tənqidçilər böyük rəssam Vincent van Gogh-un tərcümeyi-halı kimi çəkilmiş bu filmin kinematoqrafiya tarixində misli görünməmiş yer tutacağını bildirirlər.

Filmin orjinallığı onun tamamilə əllə çəkilməsidir. Daha doğrusu tammetrajlı filmin çəkilişinə 125 rəssam dəvət edilib və onlar bu filmin hər bir kadrını əllə çəkiblər.

Çəkilmiş tabloların ümumi sayı 65 mindir və filmin hər bir saniyəsində ekrandan 12 tablo keçir.

Tabloların Vincent van Gogh-un özünün post-impressionist üslübunda çəkilməsi üçün rəssamlara xüsusi kurs keçilmişdi.

Ssenari müəllifi və rejissoru Dorota Kobiela və Hugh Welchman olan bu film rəssamın həyatının bir gününü – faciəli 27 iyul 1890-cı ili əks etdirir.

Məhz həmin gün Van Gogh özünü sinəsindən tapança ilə vurmuşdu. Bu hadisənin şahidi olmasa da, o bir təhər Overs-sur-Oys şəhərinə sürünə bilmişdi. Burada ona iki həkim baxmış, lakin rəssam 30 saat sonra infeksiyadan ölmüşdü.

Bu filmdə Van Gogh-un ölümü ətrafındakı müəmmadan və rəssamın həyatının başqa qaranlıq səhifələrindən bəhs edilir.

Filmin çəkilişi üçün lazım olan vəsait Kickstarter ictimai platformasında toplansa da, gənc kino ulduzlarının pleyadasının cəlb edilməsi üçün kifayət edib.

Bu filmdə Douglas Booth, Jerome Flynn, Saoirse Ronan, Helen McCrory, Chris O'Dowd, John Sessions, Eleanor Tomlinson və Aidan Turner kimi yaxşı tanınan aktyorlar çəkiliblər.

Film əvvəlcə adi qaydada çəkildikdən sonra onun kadrları üzərinə rəsm variantı köçürülüb.

Bu texnikanın hazırlanması üzərində 4 il, çəkiliş üzərində isə iki il iş gedib.

Filmin hissələri Polşanın Qdansk və Vroslav şəhərlərinin, habelə Afinanın studiyalarında birləşdirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG