Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 04:45

Valentin günündə təksiniz?


İt

«Reuters» yazır ki, Müqəddəs Valentin günü ərəfəsində insanın ən yaxın dostu olan itlər bir çox filippinlinin görüş yoldaşına çevrilib. Kupidon rolunu öhdəsinə götürən Manila heyvanları xilas mərkəzi evsiz itləri şam işığında keçirilən axşam yeməyi ətrafında heyvansevərlərlə görüşdürüb.

Pul sığınacağın xərclərinə gedir

Ziyarətçilər yeni tanış olduqları tüklü dostları ilə selfi çəkir, qucaqlaşır və onlara özləri ilə gətirdikləri dadlı taamları yedirdirlər. İtlərin çoxu onlara sevgi göstərməyən, qəddar sahiblərinin əlindən xilas edilib. Aralarında ayağı, hətta burnu olmayan heyvanlar var. Hər bir görüşə ikinəfərlik bəzədilmiş masa daxildir. Qonaqlar PAWS (bu, «pəncələr» mənasını verən abreviaturadır) – Filippin Heyvanların Rifahı Cəmiyyətinin idarə etdiyi heyvan sığınacağına sadəcə 6 dollar ödəyirlər. Bu pullar sığınacağın ehtiyaclarına xərclənir.

«Mənim Müqəddəs Valentin günü üçün görüşə biləcəyim adam yoxdur. Ona görə özümə görüş yoldaşı tapmaqdan ötrü bura gəldim. İtlərə sevgim heç vaxt keçib getməyəcək», – universitet tələbəsi Taki Saito deyir.

Filippin Heyvanların Rifahı Cəmiyyətinin təhsil işçisi Sharon Yap deyir ki, bu təşəbbüsün məqsədi insanların heyvanlara sahiblənməsinə şərait yaratmaq və sığınacaqdakı heyvanların təhlükəli, aqressiv olmasına dair düşüncənin yanlışlığını göstərməkdir.

İt ili bu həftənin cümə günü başlayır

Filippin Heyvanların Rifahı Cəmiyyəti bununla Filippin sakinlərini heyvanları almaqdansa, belə sığınacaqlardan götürərək sahiblənməyə həvəsləndirməyə çalışır.

«Hətta aqressiv hesab edilən küçə itləri və küçə heyvanları belə yetərincə sevgi və qayğı göstərilən zaman reabilitasiya olunaraq mehriban heyvanlara çevrilə bilirlər», – Yap deyir.

Hazırda sığınacaq qəddar və səhlənkar sahiblərin əlindən xilas edilmiş 70 it və 230 pişiyin qayğısına qalır. Ziyarətçilər fevralın 17-dək itlərlə görüşə bilərlər.

Qeyd edək ki, Ay təqviminə görə, İt ili bu həftənin cümə günü başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG