Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 09:47

Cəbhəçi gənc polisdə ona xəbərdarlıq edildiyini deyir


Üzeyir Abbasov (Arxiv) Azadliq.info

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Yasamal rayon şöbəsinin fəalı Üzeyir Abbasov bildirib ki, avqustun 5-də onu polisə aparıblar, ondan sosial şəbəkələrdə hökuməti tənqid etməyi dayandırmağı tələb ediblər.

Ü.Abbasovun sözlərinə görə, onu Alatavada yaşayan atasıgildə olarkən saxlayıblar:

“Gözləmirdim, saat 11:00 radələrində polislər gəlib, izahat vermədən məni Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə apardılar. Bölmə rəisinin yanında oldum. Rəis mənimlə təxminən saat yarımlıq söhbət etdi. Mənə konkret iradlarını bildirdi”.

Ü.Abbasov bildirib ki, ona facebookda fəallığı ilə bağlı xəbərdarlıq ediblər.

“Rəis ölkə rəhbərliyi haqda paylaşdığım, yazdığım statusların dərhal silinməsini tələb etdi. Mənə tapşırdı ki, hakim ailə haqqında bundan sonra heç nə yazmayım. Xaricdə yaşayan şair Mirzə Sakitin tənqidi məzmunlu şerlərini sosial şəbəkələrdə səsləndirməyimə də irad bildirdi. Dedi ki, bu yolverilməzdir və dərhal silim onları”.

Ü.Abbasov polis bölməsindən saat 13:00-da sərbəst buraxıldığını söyləyib.

Buna da bax: Vəkil: 'Gözəl Bayramlıya əsa vermirlər'

Yasamal Rayon Polis İdarəsindən və 29-cu Polis Bölməsindən AXCP fəalınınbu dediklərinə münasibət almaq s mümkün olmayıb. Polis idarəsindən suallara yalnız Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin cavab verə biləcəyini söyləyiblər. Ancaq, hələlik, DİN-in mətbuat xidməti ilə danışmaq cəhdləribir nəticə verməyib.

Hazırda AXCP-nin 10-dan çox fəalı həbsdədir.

Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib.

Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri müxtəlif əməllərə görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG