Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:24

Dünən, iyunun 1-də Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil edilən uşaq festivalında təhlükəli anlar yaşandığı bildirilir.

“ Turan” agentliyinin xəbərinə görə, tədbirin təşkilatçıları həmin yerə yüzlərlə uşaq toplayıblar. Onları müxtəlif oyunlar və attraksionlarla əyləndiriblər. Qəflətən güclü külək elastik materialdan təpəcik formasında düzəldilən attraksionu uçurub və toplaşanların üzərinə aşırıb. Attraksion bir neçə dəfə çevrilərək bir neçə metr aralıya düşüb.

Buna da baxın: 'İcazə verin Azərbaycan, Heydər Əliyev günəş kimi doğsun'

Hadisə nəticədə yüngül xəsarət alanların olduğu bildirilir.

Məsələyə, hələlik, rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Baş verənləri bayram iştirakçıları lentə alıb və sosial şəbəkələrdə yerləşdiriblər.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Bu münasibətlə Bakı və ölkənin əyalətlərində də bir sıra tədbirlər təşkil edilmişdi.

Buna da baxın: «Valideynlərim məni axtarmasa da, mən onları çox istəyirəm»

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG