Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 23:29

“Ötən ilyaşı 18-ə qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirib.

Onun deməsinə görə, Azərbaycnada intihar edən uşaqların sayı elə də çox deyil.

Mərkəz rəhbəri vurğulayıb ki, Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intihar etmə halları müşahidə edilir:

“Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür, uşaq isə intihara əl atır. Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır”.

Buna da bax: MTN işində üçüncü intihar - Sizcə nələr gizlədilir?

F. İsmayılov deyib ki, Azərbaycanda hər 100 min nəfərə 5,3 intihar halı düşür:

“Bu, çox cüzi rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən Gürcüstanda hər 100 min nəfərə 9,7, Ermənistanda 8,6, Rusiyada 32 intihardüşür”.

Azərbaycanda bəzi ekspertlər deyirlər ki, intiharların dəqiq səbəbi araşdırılmır. Bundan ötrü, yeni, müstəqil mərkəzin yaradılmasına ehtiyac var.

Günün bütün mövzuları

XS
SM
MD
LG