Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:42

Ukrayna iyunun 11-dən vizasız rejimə keçir


Ukrayna ilə vizasız rejim iyunun 11-dən qüvvəyə minir. Avropa Birliyinin rəsmi dərgisi mayın 22-də Ukrayna ilə vizasız rejim barədə qanunverici aktı dərc edib. Qərar aktın dərcindən 20 gün sonra qüvvəyə minmiş sayılır.

Vizasız rejim ilkin mərhələdə turistlər üçün nəzərdə tutulub. Bu rejim biometrik pasportla hər altı ay ərzində 90 gün Şengen zonasında olmaq imkanı yaradır. Əgər Avropada qalma müddəti 90 günü aşarsa, o zaman viza tələb olunur.

Qısamüddətli vizanın ləğvi Avrozonada işləmək, təhsil almaq və müvəqqəti yaşamaq imkanı da vermir. Bunun üçün uzunmüddətli viza və ya yaşamaq icazəsi olmalıdır.

Avropa Birliyi Şurası mayın 11-də Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib.

Gürcüstan vətəndaşları üçün də oxşar qərar bu ilin aprel ayından qüvvəyə minib.

Günün bütün mövzuları

XS
SM
MD
LG