Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:43

Berlində Ukraynaya sülhməramlıların yeridilməsi müzakirə olunacaq


Ukraynada yarım milyon adam 457 kilometr uzunluğunda cəbhə xəttinin 5 kilometrliyində yaşayır.

Ukrayna münaqişəsinin çözümü üçün yaradılmış “Normandiya formatında” danışıqların Berlində keçiriləcək növbəti dövrəsində bölgəyə BMT sülhməramlılarının yeridilməsi məsələsinin müzakirə olunacağı gözlənilir.

Danışıqlardan əvvəl Almaniyanın xarici işlər naziri Heiko Maas müxbirlərə deyib ki, belə bir addım 2015-ci ildə Minskdə əldə olunmuş razılaşmanın həyata keçirilməsi istiqamətində “uyğun bir tədbir” sayıla bilərdi.

Ukraynanın şərqində hökumət qoşunları ilə Moskva tərəfindən dəstəklənən separatçılar arasında davam edən münaqişədə bundan əvvəl əldə olunmuş atəşkəs razılaşamaları baş tutmayıb.

Bütün tərəflər BMT sülhməramlılarının yeridilməsi təklifinə razıdırlar, lakin fikir ixtilafı bu qüvvələrin mandatı üzərindədir.

Almaniya və Fransa BMT sülhməramlılarının Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətə malik olduğu bütün ərazilərə yeridilməsinə tərəfdardırlar. Rusiya bunun əleyhinə çıxır.

Bild qəzetinə müsahibəsində Maas deyib ki, o danışıqların dərhal canlandırılmasının asan olacağına inanmır.

O bildirib ki, Ukrayna və Rusiyanın mövqeləri arasında ciddi fərqlər mövcuddur.

BMT Təhlsükəsizlik Şurası iyunun 6-da bəyan edib ki, Ukrayna münaqişəsinin bütün tərəfləri 2015-ci il razılaşmalarına sadiqlik nümayiş etdirməlidirlər.

Təhlükəsizlik Şurasının, Rusiya da daxil bütün 15 üzvü Almaniya və Fransa tərəfindən hazırlanmış bəyanatla razlışıblar.

Bu, 2015-ci ilin yanvarından bəri BMT Təhlükəsizlik Şurasının Ukraynaya dair il bəyanatıdır.

Fransanın BMT-dəki nümayəndəsi Francois Delattre deyib ki, Rusiyanın bu bəyanatla razılaşması sənədi olduqca əhəmiyyətli edir.

BMT rəsmiləri Ukraynadakı münaqişəsinin davam etməsindən ciddi narahatlıq ifadə edirlər.

Bu münaqişə ərzində öldürülmüş dinc əhalinin sayı 2700-ü keçib, daha 9 min mülki yaralanıb və ya xəsarət alıb.

Münaqişə bölgəsində təxminən 1, 6 milyon nəfər köçkün vəziyyətinə düşüb.

Bundan başqa yarım milyon adam 457 kilometr uzunluğunda cəbhə xəttinin 5 kilometrliyində yaşayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG