Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 11:22

Ukraynadan Rusiyaya 'Eurovision' qadağası


Yuliya Samoylova

Ukrayna Təhlükəsizlik Şurası Rusiyanın "Eurovision" təmsilçisi Yuliya Samoylovanın 3 il müddətinə ölkə ərazisinə girişini qadağan edib.

Bu isə o deməkdir ki, müğənni müsabiqənin bu yaz Kiyevdə keçiriləcək finalına qatıla bilməyəcək.

Avropa Yayım İttifaqı hələ ki Ukrayna tərəfdən bu haqda bildiriş almayıb.

Birliyin sözçüsü Deyv Qudman deyib ki, vəziyyəti izləyirlər və hələ də bütün nümayənə heyətlərinin Ukraynaya tam heyətdə gəlməsinə şərait yaradılacağına ümid edirlər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Karasin Ukraynanın qərarını "qeyri-insani" adlandırıb.

Fiziki məhdudiyyətli Samoylovanın Rusiyanın ilhaq etdiyi Krıma Ukraynanın icazəsi olmadan səfər etməsi səbəbindən qadağaya məruz qaldığı deyilir.

Rusiyanın İctimai Palatası BMT və Avropa Şurasına şikayət edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG