Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 21:43

Deputat: 'Saakashvili ABŞ-dan sığınacaq istəyə bilər'


Saakashvili deyir ki, Qafqazın taleyi Ukraynada həll olunur
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Saakashvili deyir ki, Qafqazın taleyi Ukraynada həll olunur

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Birləşmiş Ştatlardan sığınacaq istəməyə məcbur qala bilər. Bunu ukraynalı deputat deyib. Odessa vilayətinin keçmiş qubernatoru olan Saakashvili iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib.

«QEYRİ-KONSTİTUSİON İNTİQAM»

Vətəndaşlığının alınması xəbəri yayılan vaxt Saakashvili Facebook səhifəsində yazıb ki, Birləşmiş Ştatlarda səfərdədir. Ancaq o, həmin ölkədə qalmağa çalışacağını yazmayıb.

Ukrayna parlamentində prezident Petro Poroshenko-nun fraksiyasından olan deputat Serhiy Leshchenko isə Facebook-da yazıb ki, Saakashvili Ukraynaya qayıdarsa, Gürcüstana ekstradisiya oluna bilər. Gürcüstanda prezident postunda olarkən yol verdiyi iddia olunan cinayətlərə görə ona cinayət işi açılıb.

Poroshenko 2015-ci ildə Saakashvili-ni Odessanın qubernatoru təyin edib. Ancaq o, ötən il istefa verərək deyib ki, antikorrupsiya fəaliyyəti rəsmi səviyyədə əngəllənir.

İyulun 26-da Saakashvili-nin tərəfdarları Poroshenko-nun addımını Saakashvili-nin tənqidlərinə görə «qeyri-konstitusion intiqam» adlandırıblar.

Saakashvili-yə stəkan atdılar
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

UKRAYNADA SİYASƏTİ UNUTMAQ

Poroshenko bu addımını açıq şəkildə əsaslandırmayıb. Ancaq Leshchenko iyulun 26-da axşam deyib ki, məqsəd Saakashvili-ni ölkədən kənarda yaşamağa və Birləşmiş Ştatlardan sığınacaq istəməyə məcbur etməkdir.

«Saakashvili fiziki baxımdan Ukraynaya qayıda bilməz. Onu Borispolda saxlayıb Gürcüstana ekstradisiya edərlər», – Leshchenko deyib.

Deputatın fikrincə, prezidentin məqsədi Saakashvili-ni «Amerikadan sığınacaq istəməyə və Ukrayna siyasətini unutmağa məcbur etməkdir».

Vətəndaşlığının alınması Saakashvili-ni Ukraynada hər hansı vəzifə tutmaqdan məhrum edir. Onun partiyası ölkədə erkən seçkilərə qatılmaq niyyətində idi. Bunu Ukraynada İnsan Haqları Təşkilatı bildirir. Ukrayna qanunları yalnız ölkə vətəndaşlarına siyasi partiyalara rəhbərlik etmək, yaxud parlamentə seçilmək hüququ verir.

«ZƏİFLİK ƏLAMƏTİ»

Poroshenko-nun blokundakı digər deputatlar da prezidentin qərarını tənqid ediblər.

«Mikheil Saakashvili-ni Ukrayna vətəndaşlığından məhrum etmək kiminsə ağlına gələn ən axmaq şeydir, Ukrayna prezidentinə yaraşmayan zəiflik əlamətidir», – deputat Mustafa Nayyem deyib.

Odessada dənizə yolu bağlayan hasarı uçurtdular
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

«Kimsə Mikheil-i sevməyə bilər, onunla razılaşmaya bilər, ancaq ümumilikdə Saakashvili vətəndaş barrikadalarında bizim tərəfimizdədir. Sonucda iki prezidentin dartışmasının qalibi istənilən adam ola bilər, ancaq Ukrayna olmayacaq», – deputat söyləyib.

2004-2013-cü illərdə Gürcüstan prezidenti olan Saakashvili 2015-ci ildə Ukrayna vətəndaşlığı alandan sonra Gürcüstan vətəndaşlığından imtina edib.

Saakashvili-nin prezidentliyi dövründə dövlət vəsaitini dağıtması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ittihamları ilə ona Gürcüstanda cinayət işi açılıb. Saakashvili bu ittihamları siyasi motivli adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG