Keçid linkləri

2017, 14 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:32

Poroşenko AŞPA-nı Rusiyaya güzəştə getməyəyə çağırıb


Ukrayna prezidenti Petro Poroşenko (solda) və Avropa Şurasının prezidenti Thorbjorn Jagland plenar sessiyada

Ukrayna prezidenti Petro Poroşenko Avropa Şurası Parlament Assambleyasını “Rusiyanın Ukraynadakı təcavüzü ilə bağlı” Moskva üzərindəki təzyiqini davam etdirməyə və Rusiya ilə “heç nə olmayıbmış kimi” normal münasibətlərə qayıtmamağa çağırıb.

Oktybarın 11-də AŞPA-nın Strasburqda keçirilən plenar sessisyasında Poroşenko deyib ki, onun ölkəsi hazırda iki cəbhədə mübarizə aparır. Bunlardan biri öz ərazi bütövlütünün bərpası üçün hərbi təcavüzə qarşı aparılan mübarizə, digəri isə çətin və mürəkkəb islahatların həyata keçirilməsi sahəsində aparılan mübarizədir.

Moskvanın 2014-cü ildə Krımı qanunsuz ilhaq etməsindən sonra AŞPA Rusiya nümayəndə heyətini səs hüququndan məhrum edib.

Poroşenko deyib ki, sistematik repressiyalar Krım yarımadasını qorxu və xof adasına çevirib.

Onun sözlərinə görə, burada “Rusiya ilə birləşmə” mövqeyini qəbul etməyənlərə qarşı Sovet zamanlarındakına bənzər repressiya maşını tətbiq olunur.

Poroşenko habelə Rusiyanın Krımı işğal etməsinin “fait accompli” – “artıq olan olub” kimi qəbul edilməsi ideyasını rədd edib.

O deyib ki, AŞPA tribunası “qılığa girmə çağırlışları, ərazi əvəzinə qaz, neft, pul alış-verilişi təklilərinin səsləndirilməsi üçün qurulmayıb”.

AzadlqıRadiosu xatırladır ki, bundan bir gün əvvəl Çexiya prezidenti Milos Zeman Rusiya ilə, Moskvanın Ukraynaya işğal əvəzinə qaz, neft və pul şəklində təzminat verməsinə dair dailoqa çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG