Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 02:02

ABŞ 'elçisi'nin Rusiya təmsilçisi ilə görüşü gözlənilir- YENİLƏNİB


Kurt Volker, ABŞ-ın Şərqi Ukrayna münaqişəsi üzrə xüsusi nümayəndəsi

Belarusun Xarici İşlər Nazirliyinin twitter hesabında yazılıb ki, Rusiya prezidentinin köməkçisi Valislav Surkovla ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker bağlı qapılar arxasında görüşü Minskdə baş tutacaq.

*****

ABŞ-ın Ukraynanın şərqindəki münaqişəni son çatdırmaq üçün danışıqlar aparacaq xüsusi "elçisi" Kurt Volkerin avqustun 21-də Belarusun paytaxtı Minskdə Rusiya təmsilçiləri ilə görüşü gözlənilir.

ABŞ departamenti avqustun 18-da elan etmişdi ki, Volter Rusiya təmsilçiləri ilə "Rusiya Ukrayna münasibətlərini" müzakirə edəcək.

Rusiya tərəfdən görüşdə kimin iştirak edəcəyi açıqlanmayıb. Amma Rusiyanın xarici işlər naziri Sergei Lovrov avqustun əvvəlində demişdi ki, ABŞ-ın dövlət katibi Rex Tillerson ona deyib ki,Volker "yaxın gələcəkdə" Vladislav Surkovla görüşmək istəyir. Surkov Kremlinin Ukrayna üçün əsas adamıdır.

ABŞ-IN NATO-DAKI KEÇMİŞ TƏMSİLÇİSİ...

Volker Donbasda sülhə nail olmaq üçün Vaşinqtonun səylərini koordinasiya edir. O əvvəllər ABŞ-ın NATO-dakı təmsilçisi olub.

Yada salaq ki, 2014-cü ildən Ukraynanın şəqrində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında döyüş gedir.

Bu müddət ərzində 9 mindən çox adamın öldüyü bildirilir.

Atəşkəsə baxmayaraq tərəflər vaxtaşırı bir birini bu rejimi pozmaqda günahlandırırlar.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG