Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:09

Ukrayna “Vkontakte”, ”Odnoklassniki” və "Yandeks"-i blokladı


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna hakimiyyəti Rusiyanın “Vkontakte” və ”Odnoklassniki” sosial şəbəkələri ,həmçinin Mail.ru, Yandeks şirkətləri və onların xidmətlərinə qarşı sanksiya tətbiq edib.

Bu barədə mayın 16-da Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.

Prezident Petro Poroshenkonun fərmanına əsasən sanksiya 3 illik tətbiq olunur.

Poroshenko həmçinin Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı sanksiyalar siyahısını genişləndirib.

İndi bu siyahıda 1 228 fiziki, 463 hüquqi şəxs var.

Siyahıya Rusiya Dövlət Duması-nın bir neçə deputatı, jurnalistlər və Konstitusiya Məhkəməsi-nin hakimləri daxil edilib.

Bunlara misal kimi,TASS, MİA, “Rossiya segodnya”,”İzvestiya”, “Rossiyskaya qazaeta”, “Vzqlyad.ru”, NTV və 1-ci kanal, həmçinin Krımın “baş naziri”Sergey Aksenov,Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, baş nazir müavini Dimitry Ragozin və Federasiya şurasının sədri Valentina Matvienkonu göstərmək olar.

Müəssisə və şirkətlərə gəldikdə isə “Konsern PVO”, “Almaz-Antey”,”Bank Moskvı”,”Qazprombank”,”Pervıy kanal”, “NTV”,”Russiya-24”, “Aeroflot”, ”Rosoboroneksport”, “Kamaz”, “Rusal” və digər şirkətləri göstərmək olar.

Qeyd edək ki, 2014-cü ildə Krımn Rusiya tərəfindən ilhaqı və həmin il Ukraynanın şərqində başlayan silahlı münaqişəyə görə iki ölkə arasında münasibətlər xeyli gərginləşib.

Kiyevlə Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırırlar.

Moskva ittihamları rədd edir.

Həmçinin ABŞ və Avropa Birliyi buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG