Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:10

Poroşenko NATO və Avropa İttifaqına üzvlük referendumları keçirəcəyini deyir


Petro Poroşenko

Ukrayna prezidenti Petro Poroşenko deyib ki, onun ölkəsi tezliklə NATO və Avropa İttifaqına üzvlüyə dair ümumxalq səsverməsi – referendum keçirəcək.

Rusiya tərəfindən dəstəklənən və ölkənin şərqində müəyyən əraziləri zəbt etmiş separatçılara qarşı döyüşən Ukraynanın qərbyönlü prezidenti Poroşenko bu bəyanatı dekabrın 1-də özünün televiziya müraciətində verib.

O deyib ki, “biz Avropa inteqrasiyası yoluna sadiq qalırıq”.

Poroşenko sözü gedən televiziya müraciətində daha sonra deyib: “Heç şübhəniz olmasın ki, Ukrayna yaxın gələcəkdə NATO-ya və Avropa İttifaqına üzvlük üçün referendumlar keçirəcək. Mən əminəm ki, Ukrayna xalqı mənim təkliflərimi dəstəkləyəcək”.

Ötən həftə keçirilmiş rəy sorğusunun nəticəsinə görə ukraynalıların yalnız 42 faizi 29 üzvü olan Şimal alyansına qoşulmağa tərəfdardır.

Lakin 2013-cü ildə, hələ Krım Rusiya tərəfindən ilhaq edilənədəkkeçirilmiş rəy sorğusunda Ukrayna əhalisinin yalnız 20 faizi NATO-ya qoşulmaq tərəfdarı idi.

Avropa İttifaqı üzvlüyünə gəlincə isə rəy sorğusu ukraynalıların 56 faizinin bu bloka üzv olmaq istədiyini göstərib.

Poroşenko hakimiyyətə moskvayönlü prezident Viktor Yanukoviç devriləndən və Rusiyaya qaçandan sonra gəlib.

2013-cü ilin noyabrında Yanukoviç Moskvanın təzyiqi altında Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdan son anda imtina etmiş və bunun ardınca ona qarşı böyük Avromaydan hərəkatı başlanmışdı.

Aİ ilə sözü gedən saziş yalnız 2014-cü ildə Poroşenko tərəfindən imzalanıb.

Ukraynanın Aİ və NATO-ya qoşulması üçün bu təşkilatlara üzv ölkələrin razılıq və dəstəyi lazımdır.

Bir sıra Avropa ölkələri Kiyevin üzvlüyə hələ hazır olmadığını deyirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG